SON XƏBƏRLƏR

Təbrizdə müsabiqədən sonra polislə soydaşlarımız arasında qarşıdurma olub, Tutulanlar var...

2021.10.20, 07:36
Təbrizdə müsabiqədən sonra polislə soydaşlarımız arasında qarşıdurma olub, Tutulanlar var...

Gunaz.tv

GünAzTv: Soydaşlarımız Müsabiqə bitdikdən sonra stadyomu (stadion) tərk edərkən milli şüarları səsləndirməyə dəvam edib, əllərində Azərbaycan bayrağı tutaraq “Saat meydanı”-na tərəf istiqamət alıblar.

 

GünAzTv: 2010-сu il may ayının 25-də (xordadın 4-ü) Təbrizin bağ-i şimal stadyomunda (stadion) futbol müsabiqəsi olub. Müsabiqə “Təbrizin Bələdiyyə” komandası (şəhrdariye Təbriz) ilə Tehranın “Kavə” komandası arasında keçirilib.

 

(2 – 1) nəticəsi ilə Təbrizin bələdiyyə komandasının xeyirinə  yekunlaşan müsabiqəni 20000 nəfər tamaşaçı izləyib. yarış zamanı çox həyəcanlı anların yaşandığı bildirilir.

 

Müsabiqəni izləyən soydaşlarımız Yarış boyu “Haray haray mən türkəm”, “Azərbaycan var olsun – istəməyən kor olsun”, “Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq”, “Azərbaycan milləti – çəkməz belə zilləti”, “Türk dilində mədrəsə - olmalıdır hər kəsə” və ... kimi şüarlar səsləndiriblər.

 

Soydaşlarımız Müsabiqə bitdikdən sonra stadyomu tərk edərkən milli şüarları səsləndirməyə dəvam edib, əllərində Azərbaycan bayrağı tutaraq “Saat meydanı”-na tərəf istiqamət alıblar. Başlanqıcda nümayişçilərin sayı 5, 6 min nəfərdən ibarət olub.  Sonra isə şəhərdə bulunan kişi və qadınlar, nümayişçiləri qatılıblar, bununlada  onların sayı qat qat artıb.

 

Saat meydanında Polis əməkdaşları nümayişçilərə hücum edib və onlardan bir neçəsini tutub. Hələlik tutulanların kimliyi barədə heç bir məlumat yoxdur.

 

Aşağıdakı linklər “Təbriz səsi” saytından götürülüb.

 

http://www.endir.az/uploads/fwtebrizdeyenehemase.zip

 

http://www.4shared.com/video/f5lpwpwX/Picture_308.html

http://www.4shared.com/video/eTwJWn7x/Picture_315.html

http://www.4shared.com/video/BHTmqJ1V/Picture_322.html

http://www.4shared.com/video/eeJuEGxd/Picture_313.html

http://www.4shared.com/video/St-MOg8L/Picture_348.html

http://www.4shared.com/video/yKftjih-/Picture_351.html

http://www.4shared.com/video/KKDmeE1C/Picture_352.html

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar