SON XƏBƏRLƏR

İranda Azərbaycanlı rejissor azadlığa buraxılıb

2021.10.20, 07:36
İranda Azərbaycanlı rejissor azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: İran hökuməti müxalifətdə olan rejissor Cəfər Pənahini 200 min dollar girov müqabilində həbsdən azad edib. Bu barədə yerli televiziya bildirib.Qeyd edək ki, bundan əvvəl Tehran prokuroru Abbas Cəfəri Dolatbadi onun azad ediləcəyini bildirmişdi. Pənahinin işi İran İnqilab Məhkəməsinə göndərilib. Amma rejissora hansı ittihamlar irəli sürüldüyü açıqlanmır. İnqilab Məhkəməsi xüsusi cinayət hadisələri, o cümlədən dövlət təhlükəsizliyi məsələləri ilə məşğul olur və onun çıxardığı qərardan apelyasiya şikayəti vermək olmaz.Cəfər Pənahi mart ayında tutulub. Onunla bərabər 16 nəfər, o cümlədən ailə üzvləri həbs ediliblər. Sonradan tutulanlar buraxılsa da, Pənahi özü həbsdə saxlanılıb. 49 yaşlı Pənah Cəfəri İranın ən tanınmış rejissorlarındandır. Onun filmləri Kan, Venesiya, Berlin, eləcə də Çikaqo festivalları tərəfindən mükafatlandırılıb. Rejissorun bəzi filmlərinin İranda nümayişi qadağan edilib. O əslən Azərbaycanlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar