SON XƏBƏRLƏR

28 MAY – şərəf tariximiz Amerika konqresində qeyd olunub

2021.10.20, 07:36
28 MAY – şərəf tariximiz Amerika konqresində qeyd olunub

Gunaz.tv

GünAzTv: Azərbaycan Demokratik Respublikasının (ADR) 92-ci ildönümü münasibətilə ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresində məşhur “Cannon Caucus” zalında təntənəli qəbul mərasimi keçirilib. bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya məlumat verilib.

 

Ziyafətdə ABŞ Konqresinin çoxsaylı üzvləri, Dövlət Departamenti, Müdafiə, Enerji və Ticarət nazirliklərinin və digər ABŞ dövlət orqanlarının rəsmiləri, Vaşinqtondakı elmi tədqiqat mərkəzlərinin aparıcı ekspertləri, ABŞ şirkətlərinin vəzifəli şəxsləri, müxtəlif QHT-lərin nümayəndələri, ABŞ-da akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycan diasporunun üzvləri, Azərbaycan Səfirliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar