SON XƏBƏRLƏR

Amerika İrana qarşı məxfi əməliyyatlara başlayıb

2021.10.20, 07:36
Amerika İrana qarşı məxfi əməliyyatlara başlayıb

Gunaz.tv

GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Müdafiə Nazirliyi Mərkəz komandanlığının rəhbəri general Devid Petreusun əmri əsasında bir sıra Yaxın Şərq ölkələrində məxfi əməliyyatlara başlayıb. “Röyter” agentliyinin məlumatında belə deyilir. Agentlik xəbər verir ki, Petreusun məxfi əmrində hədəflərdən biri ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin Yəmən ərazisinə yerləşdirilməsidir. Birləşmiş Ştatlar həmin ölkədə “əl-Qaidə” düşərgələrini dağıtmağı planlaşdırır. Əmr 2009-cu ilin sentyabrında imzalanıb, lakin bu barədə mətbuata yalnız indi məlum olub. Bildirilir ki, bir neçə aydır ABŞ qüvvələri Yəməndə bu ölkənin təhlükəsizlik qüvvələri ilə birlikdə “Əl-Qaidə”yə qarşı əməliyyatlar keçirir. Əməliyyatları Birləşmiş Ştatların Ədən körfəzindəki hərbi gəmiləri dəstəkləyir.

Lakin Petreusun əmri təkcə Yəmənlə yekunlaşmır. Həmin əmrə əsasən xüsusi təyinatlı Amerika qüvvələri “Əl-Qaidə” və digər terrorçu qruplaşmalarla mübarizə üçün başqa ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməli və onların ərazisində əməliyyat keçirməlidir. Konkret olaraq əmr imkan verir ki, Amerika xüsusi təyinatlıları İran ərazisinə daxil olsun və bu ölkənin nüvə proqramlarına dair məlumatlar toplasın. Həmçinin əmr Amerika xüsusi təyinatlılarının İrana qarşı diversiya əməliyyatları həyata keçirməsinə imkan yaradır. Amerika mətbuatı yazır ki, bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi də bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən İranda gizli əməliyyatlar həyata keçirmək üçün səlahiyyət alıb. İndi isə Pentaqon MKİ-dən asılı olmadan belə əməliyyatlar aparmaq imkanı qazanır. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar