SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton İranın məktubunu bəyənmədi

2021.10.20, 07:36
Rəsmi Vaşinqton İranın məktubunu bəyənmədi

Gunaz.tv

GünAzTv: ABŞ  (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton İranın Beynəlxalq Atom Enerjisi Təşkilatına təqdim etdiyi məktubda boşluqlar olduğunu bəyan edib.

Pekində səfərdə olan Klinton orada jurnalistlərə verdiyi açıqlamada Beynəlxalq Atom Enerjisi Təşkilatına təqdim edilən məktubda beynəlxalq birliyin narahatliqlarını azaltmayan bəzi boşluqların olduğunu deyib.

Klinton İranın uranı 20 faiz zənginləşdirmə məqsədinin insanları ciddi şəkildə narahat etdiyini söyləyib.

ABŞ dövlət katibi Türkiyə, Braziliya və İran arasındaki anlaşmanın Təhlükəsizlik Şurasının həftələrdir müzakirə etdiyi qətnamə layihəsinin mətnini yayınlamaq üzrəykən imzalanması ilə bağlı ortaq fikir olduğunu vurğulayıb.

Klinton Çin rəsmiləri ilə də İrana yeni embarqolar tətbiq edilməsinə yönəlik qətnamə layihəsi ilə bağlı konstruktiv müzakirələr apardıqlarını bildirib.

Dövlət katibi 5+1 ölkələrinin İran qətnaməsi ilə bağlı əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar