SON XƏBƏRLƏR

Qənirə Paşayeva təklif etdi: Türk ölkələri üçün ortaq dərslik yazılsın

2021.10.20, 07:36
Qənirə Paşayeva təklif etdi: Türk ölkələri üçün ortaq dərslik yazılsın

Gunaz.tv

GünAzTv: Türk Ölkələrinin Parlament Assambleyasının (Türk PA) Bakıda "Parlament diplomatiyası - Türk PA" adlı beynəlxalq konfransında Milli Məclisin deputatı Qənirə Paşayeva maraqlı təkliflə çıxış edib.

Deputat bildirib ki, türk ölkələrinin ortaq tarix və ədbiyyat dərslikləri yazılmalı və bu, bütün türk dünyasında tədris olunmalıdır. Qənirə Paşayeva deyib ki, bütün türk dövlətlərinin ortaq tarix və ədəbiyyat dərsliklərinin yaradılmasının, tədris edilməsinin böyük əhəmiyyəti var: “Türk ölkələrinin xarici ölkələrdəki diaspor təşkilatlarının da vahid mövqedən çıxış etməsi, fəaliyyətveriri  göstərdikləri ölkələrin parlamentləri ilə sıx əməkdaşlıq etməsi zəruridir. Fikrimcə, diaspor təşkilatları tərəfindən türk ölkələrinin problemləri daim diqqətdə saxlanılmalı, bu mövzularda xarici ölkələrdə tədbirlər keçirilməlidir. Bundan başqa, Türk Ölkələrinin Parlament Assambleyasının konfransları türk diasporlarının güclü olduğu ölkələrdə də təşkil olunmalıdır”. Q. Paşayeva deyib ki, türk mölkələrinin ortaq televiziya proqramlarının yayımının genişləndirilməsi də əhəmiyyətlidir: “Belə olarsa, türk ölkələrinin əhalisi arasında mənəvi bağlılıq daha da artar, bu sahədə inteqrasiya sürətlənər". Modern.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar