SON XƏBƏRLƏR

Mədəni fəal Şəhram Radmehr həbs edilib

2021.10.20, 07:36
Mədəni fəal Şəhram Radmehr həbs edilib

Gunaz.tv

GünAzTv: Güney Azəerbaycanın Meşkinşəhərindən (Xiyav) verilən məlumata görə Şəhram Radmehr həbs edilib.

Xəbərdə Ş.Radmehr (Savalan)-nın mayın 23-ü axşam saatlarında Tehran hökumətinin təhlükəsizlik xidmətinin yerli əməkdaşları tərəfindən həbs edildiyi bildirilir.

Ş.Radmehr mədəni fəall və Azərbaycan tələbə hərəkatının keçmiş fəallarındandır. Öncələrdə Ş.Radmehr və qardaşı Səccad Radmehr tələbə hərəkatında fəaliyyətlərinə görə həbs olunub və təzyiqlərə məruz qalmışlar.

Şəhram Radmehrin yaxınları onun hansı ittihamla həbs oldunduğu və harada saxlanıldığı haqda heç bir məlumat eldə edə bilməyiblər.Yaxınlarının ehtimalına, təsdiqlənməmiş bilgilərə görə o, təhlükəsizlik xidmətinin Ərdəbil şəhərindəki yerli bölməsinə aparılıb.

 Bununlada son həftələr Güney Azərbaycanda həbs edilən mədəni və sinfi fəalların sayı 21-ə yüksəlib. Bundan öncə rejim məmurları tərəfindən Güney Azərbaycanın müxtəlif şəhərlərində həbs edilən 20 nəfərin siyahısı yayılmışdı. Qeyd etmək lazimdirki, son günlər 22 may 2006-cı il hərəkatının il dönümü ərəfəsində milli-mədəni fəallara rejim tərəfindən olan təzyiq artıb. Çox sayda azərbaycanlı fəal həbs edilib. Onların bəziləri barəsində saxta ittihamlarla cinayət işi açılıb. "Bütöv Azərbaycan Birliyi" saytı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar