SON XƏBƏRLƏR

Sel və daşqınlar böhranında erməni barmağı var

2021.10.20, 07:36
Sel və daşqınlar böhranında erməni barmağı var

Gunaz.tv

GünAzTv: Ekologiya naziri Hüseyn Bağırov sel və daşqınların bir səbəbi barədə şok açıqlama verdi.

"Ermənilər görür ki, Azərbaycanda çayların səviyyəsinin qalxması ilə bağlı çətin vəziyyət yaranıb, bu gərginliyə özlərinin dırnaqarası paylarını verirlər. Onlar Sərsəng Su Anbarında suyu yığıb birdən buraxırlar". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.    Onun sözlərinə görə, Tərtər çayında olan vəziyyət Azərbaycandan tam asılı olan məsələ deyil: "Burada ermənilər özlərinin total müharibələrini ekoloji metodlarla davam etdirirlər. Adi halda Tərtər çayında suyun normal axını saniyədə üç, dörd və ya beş kubmetr olmalıdır. Amma suyu birdən buraxanda onun təzyiqi 80-90 kubmetrə çatır".    Nazir bildirib ki, Tərtər və digər dağ çaylarında güclü su axınını ölkənin digər hissəsinə ötürmək üçün su anbarları tikilə bilər.    Nazir, həmçinin, Kür və Araz çaylarının ayrılmasında ekoloji fəsad görmədiyini deyib. Nazir bununla bağlı fikirlər, ehtiyat variant kimi axtarışların olduğunu deyib: "Bu axtarış işləri tədricən ilkin və ya fövqəladə plana çevrilə bilər".    H.Bağırov deyib ki, Kürün və Arazın dəfələrə öz məcrasını dəyişmək kimi xüsusiyyətləri var: "Bizim əlimizdə Kür çayının Şirvandan Salyana qədər hissəsində Kürsəngi və    bir neçə başqa palçıq vulkanlarının təsiri altında istiqamətini dəyişməsini təsdiq edən peykdən çəkilişlər var. O çəkilişlər göstərir ki, indiki təsirlərdən əvvəl Kür öz sularını Şirvan parkının ərazisindən dənizə aparıb. Tədricən vulkanların qalxması nəticəsində məcbur olub, Araza qovuşub. 1903-cü ilin xəritələrində Araz çayının əsas hissəsinin paralel axaraq Biləsuvar ərazisindəki çöllərdən keçərək Xəzərdəki kiçik Qızılağac körfəzinə axması aydın görünür".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar