SON XƏBƏRLƏR

İran polisi əxlaqsızlıq ittihamı ilə 1000 kişini yaxalayıb

2021.10.20, 07:36
İran polisi əxlaqsızlıq ittihamı ilə 1000 kişini yaxalayıb

Gunaz.tv

GünAzTv: İran hökuməti ötən həftələrdə zorlama, təhqir, və s. bu sayaq cinayətlərdə suçlandırılan 20 nəfərin edam hökmünün icrasını təsdiqləyib. Lent.az-ın İran KİV-ə istinadən məlumatında bildirilib ki, mayda İslam Respublikasının polisi keçirdiyi reyd nəticəsində Tehranın və başqa şəhərlərin yoxsullar yaşayan məhəllələrində 1000 nəfər kişini həbs edib. Bu reyd “mənəvi pozğunluğa qarşı mübarizə” kampaniyası çərçivəsində keçirilir.

Xatırladaq ki, İran məhkəməsinin sözçüsü Əlirza Cəmşidi bu günlərdə bildirib ki, edam hökmləri “zorakılığa, dini müqəddəsləri təhqir edənlərə və ibnələrə tətbiq olunacaq”.

Sözügedən 1000 nəfər kişinin arasında homoseksuallığa görə tutulanların olub-olmadığı bəlli deyil.

Qeyd edək ki, ibnəlik İranın cinayət məcəlləsində “Allaha qarşı çıxmaq kimi” dəyərləndirilir. Məsələn, ötən ilin iyulunda Xuzistan əyalətindən olan 15 yaşlı Mahmud Əsgəri və 17 yaşlı Ayaz Marxuni İslam qanunlarının pozulmasında, ibnəlikdə suçlandırılaraq, əhalinin gözü qarşısında edam olunmuşdular. Dinə görə, eyni cinsdən olanların biri-biri ilə cinsi əlaqəsi və nikahı yasaqdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar