Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Ötən həftə İranın nüvə proqramı üçün bəlkə də həyati əhəmiyyət kəsb edən hadisə baş verdi.
Beynəlxalq birlik sazişin uğurunu qeyd etməmiş BMT TŞ-na növbəti qətnamə layihəsi təqdim edildi.
Ötən həftə İranın nüvə proqramı üçün bəlkə də həyati əhəmiyyət kəsb edən hadisə baş verdi. Tehranda İran, Türkiyə və Braziliya liderləri nüvə yanacağı mübadiləsinə dair saziş imzaladılar. Bu sənədin sanksiyaların tətbiqinin ertələnməsinə gətirib çıxaracağı gözlənilirdi. Amma, deyəsən, proseslər elə də rəvan getmir. Belə ki, beynəlxalq birlik Tehran toplantısının uğurunu qeyd etməmiş ABŞ və müttəfiqləri BMT Təhlükəsizlik Şurasına növbəti qətnamə layihəsini təqdim etdi. İndi tərəflər arasında söz savaşı davam edir, bununla belə, rəsmi Tehran özünün nüvə enercisinə sahib olmaq hüququndan imtina etməyəcəyini deyir.
Türkiyəyə göndəriləcək uran İranın mülkiyyəti olaraq qalacaq
Beləliklə, İran az zənginləşdirilmiş uranın Türkiyə ərazisində zənginləşdirilməsinə icazə verdi. Bu proses sonradan necə gedəcək və hansı məsələlər diqqət mərkəzində olacaq? Siyasi şərhçi Aydın Musayev hesab edir ki, əgər Altılıq ölkələri səmimi olsalar, imzalanmış sənəd nüvə proqramı ətrafında yaranmış problemin həllinə təkan verə bilər.
Üçtərəfli sənədə əsasən, İran Türkiyəyə 1200 kiloqram az zənginləşdirilmiş uran göndərməli və bir il ərzində yanacaq xammalı şəklində 120 kiloqram zənginləşdirilmiş uran əldə etməlidir. Hadisə ilə bağlı açıqlama verən İran prezidenti Mahmud Əhmədinecad ümid etdiyini bildirib ki, Altılıq ölkələri sanksiya tətbiqi ilə bağlı siyasətlərini dəyişəcək. Dövlət başçısı yaxın zamanlarda MAQATE-ni sənədin detalları ilə tanış edəcəklərini də vurğulayıb. Burada Tehranın nüvə silahının yayılmaması ilə bağlı öhdəliklərə əməl edəcəyi göstərilir. İlkin razılaşmalara görə, sazişin həyata keçməsinə MAQATE nəzarət edəcək və onun realizəsinə bir aydan sonra başlanacaq. Bununla belə, İranın xarici işlər naziri Mənuçöhr Mottaki Türkiyəyə göndəriləcək uranın İranın mülkiyyəti olaraq qalacağını deyir. Bu isə o deməkdir ki, bir il ərzində Tehran özünə lazım olan yanacaq xammalını ala bilməsə, uran yenidən geri qaytarılmalıdır. Ona görə də ekspertlər nüvə proqramı ətrafında bütün suallara aydınlıq gətirildiyini düşünmürlər.
Bəs görəsən, beynəlxalq birlik üçtərəfli Tehran sazişinə necə yanaşır? Onlar İranın nüvə silahına sahib olmaq təhlükəsinin tam aradan qalxdığına inanırlarmı? Sənədlərin imzalanmasından dərhal sonra açıqlama verən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirdi ki, sazişin imzalanması ilə İrana qarşı yeni sanksiyaların tətbiqi üçün əsas da aradan qalxıb. Bu da mövcud problemin dinc yolla həllini sürətləndirə bilər.
Qərb hələ də İrandan inandırıcı cavablar gözləyir
İranın nüvə proqramına münasibətdə əsas maraqlı ölkələrin mövqelərində oxşarlıq nəzərə çarpır. Məsələn, Rusiya prezidenti Dmitri Medvedev qeyd edir ki, bu razılığın beynəlxalq ictimaiyyətin tələblərinə cavab verməmək ehtimalı var. Ona görə də İran da daxil olmaqla bu məsələyə aiddiyatı olan bütün tərəflərin iştirakı ilə əlavə müzakirələr aparılmalıdır. Fransa tərəfi hesab edir ki, narahat olmaq, qorxmaq və şübhələnmək üçün əsaslı səbəblər var. Qərb hələ də İrandan inandırıcı cavablar gözləyir və əldə edilən razılıq bu cavabların yalnız bir hissəsidir. Böyük Britaniya hökuməti sənədin qəbuluna baxmayaraq, yeni sanksiyaların tərəfdarı olduğunu bəyan edir. Ağ ev rəsmiləri bu irəliləyişi müsbət addım adlandırsalar da, Birləşmiş Ştatlarda İranın, üzərinə götürdüyü öhdəlikləri sonadək yerinə yetirəcəyi barədə şübhələr qalır. Nəhayət, Almaniya hökuməti də hesab edir ki, İranın daxildə nüvə materiallarını zənginləşdirib-zənginləşdirməyəcəyi məsələsi açıq qalır. Qeyd edək ki, Moskva və Pekin əvvəllər İrana qarşı yeni sanksiyaların əleyhinə olsalar da, son aylar bu məsələdə onlar Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransanın mövqeyini dəstəkləyirlər.
Tehran sazişi çox ciddi beynəlxalq sənəddir
Beləliklə, açıq görünür ki, «altılıq» ölkələri üçtərəfli sazişə müsbət yanaşsa da, onun nüvə probleminin tam həllinə gətirib çıxaracağına inanmırlar. Bu da BMT Təhlükəsizlik Şurasına yeni qətnamə layihəsinin təqdim edilməsinə təkan verdi. ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib ki, layihə İran maliyyə institutlarına və şirkətlərinə qarşı sanksiyaların sərtləşməsini, İranın yük gəmilərinin yoxlanılmasını nəzərdə tutur.
İndi analitiklərin çoxunu bir sual düşündürür: Tehran sazişi ilə sərt sanksiyalar mərhələsindən diplomatik danışıqlar mərhələsinə qəti şəkildə keçildimi? ABŞ və onun müttəfiqləri bundan sonra Tehran əleyhinə nüvə ittihamlarından başqa digər ittihamlar irəli sürə bilərmi?
Bütün çatışmazlıqları ilə bərabər Tehran sazişi çox ciddi beynəlxalq sənəddir və Türkiyənin regional imicinin möhkəmlənməsində əhəmiyyətli rol oynaya bilər. Mütəxəssislər rəsmi Ankaranın son fəallığının onun bir neçə istiqamət üzrə mövqelərinin güclənməsinə təkan verəcəyini bildirirlər. Birincisi, üçtərəfli uran razılaşması BMT TŞ-də iyun ayında İrana qarşı mümkün sanksiya tətbiqi ərəfəsində münasibətin yumşalmasına gətirib çıxara bilər ki, Türkiyənin vasitəçilik missiyası burada həlledici təsirə malikdir. Saziş başqa bir tərəfdən də Ankara üçün vacibdir, belə ki, Türkiyə, özünü beynəlxalq əhəmiyyətli problemlərin həllində iştirak edən vacib dövlət kimi göstərməyə başlayır. Digər tərəfdən, İran Türkiyə üçün Avropaya qaz nəql edən perspektiv ölkəyə çevrilir. Bu sənədə rəğmən, Türkiyə çoxdan qəbul olunmaq istədiyi Avropa İttifaqı ilə dialoqda mövqelərini möhkəmləndirməyə başlayır. Ankara Yunanıstanla da münasibətlərdə yeni siyasi kursa keçir. Kipr adası üzərində əvvəllər mövcud olan ziddiyyətlərin kənara atılaraq Yunanıstanın maliyyə böhranından çıxmasına yardım göstərmək niyyətləri və onunla hərtərəfli əməkdaşlığa çalışması Türkiyənin ciddi regional gücə çevrildiyinin təzahürü sayılır. Şübhəsiz, Türkiyənin həm «sərhəd açılımı» kampaniyası, həm Dağlıq Qarabağ münaqişəsinin həlli, həm də İran, Ermənistan, Yunanıstan və digər ölkələrlə sıx təmaslara başlaması onun regional gücdən beynəlxalq gücə də çevrilməsinə təkan verə bilər.
«1-ci kanal»ın Analitik Qrupu
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu