SON XƏBƏRLƏR

Stokholmda aksiya keçirildi

2021.10.20, 07:36
Stokholmda aksiya keçirildi

Gunaz.tv

GünAzTv: May ayının 23 də Stokholmun Sergelstog meydanında  soydaşlarımızın təşkilatçılığı ilə mitinq keçirildi. Tədbir  dörd il bundan əvvəl mayın 22-də Azərbaycanın güneyində baş vermış və hazırda Xordad qiyamı ilə yadda qalan Güney Azərbaycan hadisələrinə həsr edilmişdi.

Mitinqdə yuzdən artıq  soydaşımız fəal iştirak etməklə yanaşı digər millətlərin nümayəndələri də qoşulmuşdular. Müxtəlif dillərdə yazılmış şüarlar, broşurlar  və qətnamələr  miting iştirakçılarının istifadəsinə verilmişdi. Güney Azərbaycanın azadlıq və mübarizə simvolu olan qırmızı rəngli bayraqlar meydanda öz əksini tapmışdı.Əksər çıxışçılar isə güney Azərbaycanda yaşayan soydaşlarımızın problemlərini önə çəkərək onların tezliklə həll olunması üçün milli birliyimizə daha çox ehtiyac duyulduğuna xüsusi işarə etdilər.

Mitinqin  önəmli cəhətlərindən biri də İsveçdə fəaliyyət göstərən əksər təşkilatlarımızın bu işə dəstək verməsi  və aksiyada yaxından iştirak etmələri idi. Mitinq səhər saat 10- dan başlayaraq 12-ə qədər nəzərdə tutulsa da  güclü yagışlı hava olmasına baxmayaraq  12.30-a qədər  davam etdi.

Tədbirə Finlandiyadan AMAT nümayəndəsi Çingiz Göytürk, Almaniyadan 21 Azər təşkilatından  Behruz Həqqi, Hollandiyadan GAİP nümayəndəsi Elnur Mərəndli  xüsusi olaraq qatılmışdılar.  Linköping şəhərində yaşayan söydaşlarımızın uzaq məsafədən Stokholma gəlməklə fəal olaraq tədbirə qatılmaları  qeyd olunmalıdır. Onu da qeyd edək ki, bu soydaşlarımız Stokholmda keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər.

Qaynaq: Azadtribun

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar