SON XƏBƏRLƏR

Rəşt şəhərində daha bir mədəni fəal tutulub

2021.10.20, 07:36
Rəşt şəhərində daha bir mədəni fəal tutulub

Gunaz.tv

GünAzTv: Rəşt şəhərində təhsil alan Azərbaycanlı öyrənci fəal cənab Siyamək Mirzayi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb.

 

Təhlükəsizlik məmurları 2010-cu il may ayının 20-də (ordibeheştin 30), adını çəkdiyimiz mədəni fəalın Parsbaddakı ata evinə müraciət edib, evdə axtarış aparıb və Mirzayiyə aid bütün kitabları və bir sıra digər şəxsi əşyanı özləri ilə parıblar.

 

May ayının 22-də (xordadın 1-i) təhlükəsizlik və məhkəmə məsulları Mirzayinin ailəsinə bildiriblər ki, o Rəştdə yaxalanıb və hazırda Ərdəbilin ETTELAAT idarəsində saxlanılır.

 

Ev axtarışı ilə bağlı Məmurlara verilən hökmdə, Mirzayi millətçilik zəminində fəaliyyətdə ittiham olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar