SON XƏBƏRLƏR

Daha bir mədəni fəal həbs olunub

2021.10.20, 07:36
Daha bir mədəni fəal həbs olunub

Gunaz.tv

 GünAzTv: Güney Azərbaycandan verilən xəbərə görə dünən mayın 22-i günorta saatlarında urmulu milli-mədəni fəal Əlirza Əbdullahi həbs edilib.

Urmu şəhərinin milli-mədəni fəallarından olan Ə.Əbdullahi hökumətin təhlükəsizlik xidmətinin yerli bölməsinin məmurları tərəfindən saxlanılıb.

Onun hara aparıldığı və hansı ittihamla həbs olunduğu barədə heç bir məlumat almaq mümkün olmayıb. Bununlada son həftələr Güney Azərbaycanda həbs olunanların sayı 19 nəfərə çatıb.

 Ə.Əbdullahi ixtisasca diş həkimidi.O, tələbə nəşrlərinin üzvü, hökumət tərəfindən fəaliyyətinə qadağa qoyulmuş Urmunun “Bilim Yolu” ocağının təsisçi heyətinin üzvü olub.

 Dr.Əlirza Əbdullahi eyni halda şəhər və kənd şuraları seçkisi ərəfəsində Urmuda milli fəallar tərəfindən yaradılmış “Urmu Azərbaycan Səsi” kualisiyasının idarə heyətinin üzvü kimidə fəaliyyət göstərib. Qaynaq: “Bütöv Azərbaycan Birliyi”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar