SON XƏBƏRLƏR

Soydaşlarımız Ankarada möhtəşəm aksiya keçiriblər

2021.10.20, 07:36
Soydaşlarımız Ankarada möhtəşəm aksiya keçiriblər

Gunaz.tv

GünAzTv: Onlar İran səfirliyinin qarşısına toplaşaraq, İranda türklərə qarşı təzyiqlərə son qoyulmasını tələb ediblər. 

Iki gün öncə 22 mayda Türkiyənin paytaxtı Ankara şəhərində Şimali və Cənubi Azərbaycandan olan soydaşlarımızın iştirakı ilə 22 may hərəkatını ildönümü münasibetilə piket ve yürüş keçirilibr. 50-dən çox insan əvvəlcə Kuğulu park deyilən yerdə toplaşıb, sonra isə “Haray-haray, mən türkəm, Türk dili ölən deyil, fars dilinə dönən deyil” və sair şüarlar səsləndirərək, İran səfirliyinin önünə doğru yürüş ediblər. Piket iştirakçıları daha sonra piketin qətnaməsini oxuyublar. Polisin müdaxiləsi olmadan keçirilən piketdə İran səfirliyinin qapısına “İranda türklerə təzyiqlərə son qoyulsun” yazılı qara çələng qoyulub.

Xatırladaq ki, 4 il öncə mayın 22-də İranda yaşayan azərbaycanlılar qəzetlərdə karikatura vasitəsilə təhqir olunmalarına etiraz olaraq hərəkata başlamışdılar. Hərəkat qanla boğulmuş, xeli adam öldürülmüş, yüzlərlə fəal hərəkatçı həbsə alınmışdı. musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar