SON XƏBƏRLƏR

Təbrizin Eynalı dağında Azərbaycanın milli marşı və milli şüarlar səsləndirilib

2021.10.20, 07:36
Təbrizin Eynalı dağında Azərbaycanın milli marşı və milli şüarlar səsləndirilib

Gunaz.tv

GünAzTv: Dünən 2010-cu il may ayının 21-də (ordibeheş 31-i) Təbrizin Eynalı dağında (Eynalı dağı Təbrizdə yaşayiş məntəqələrindən biridir) diqqət çəkən hadisə baş verib.

 

Milli qiyamımızın 4-cu ildönümündə Eynalı Dağı caddəsinin ətrafındakı səsyüksəldicilərin vasitəsi ilə, bir neçə dəfə Azərbaycanımızın milli marşı, “Haray haray mən türkəm”, “Yaşasın Azərbaycan” və ... kimi şüarlar və tanınmış ozan Araz Elsəsin milli mahnıları səsləndirilib.

 

GünAzTv mətbuat mərkəzinin “Təbriz Səsi”-nə istinadən yaydığı məlumata görə, təhlükəsizlik qüvvələri səsləndirilən səsləri boğmaq üçün hərəkətə keçsələrdə ancaq səsə maneə ola bilməyiblər. iş o yerə çatıb ki, səsyüksəldiciləri işdən salmaq üçün elektiriki kəsiblər, ancaq milli fəallarımızın öncədən düşündüyü tədbir nəticəsində buda təsirsiz olub. Nəticədə bir çox şüar və milli marşımız dəfələrlə səsləndirilib.

 

Həmçinin 22 may (1 xordad) Milli Qiyamın 4-cü ildönümü münasibəti ilə çoxsayılı “Bildiriş”lər yayılıb. “Bildiriş”ləri Eynalı dağında bulunan soydaşlarımızın əlində, rahatca görmək mümkün olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar