SON XƏBƏRLƏR

Azərbnaycanlı fəal Əhməd Aqayi həbs olunub

2021.10.20, 07:36
Azərbnaycanlı fəal Əhməd Aqayi həbs olunub

Gunaz.tv

GünAzTv: Azərbaycanın öyrənci hərəkatı fəalı cənab Əhməd Aqayi bu gün səhərçağı Təhlükəsizlik Qüvvələri tərəfindən tutuqlanıb.

 

Həmədan şəhərində yaxalanan Aqayi , məmurlar tərəfindən naməlum istiqamətə aparılıb.

 

Adını çəkdiyimiz milli hüquqlar üzrə öyrənci hərəkatı fəalı cənab Aqayi bundan öncə də Həmədanın “Bu Əli Sina”  universitetinin təhlükəsizlik şöbəsi tərəfindən, dəfələrlə təliq və həbsə təhdid edilib.

 

Qeyd edək ki, Əhməd Aqayi Həmədan “Bu Əli Sina”  universitetinin türk ocağının dəbiri və “Ildırım” dərgisinin sabiq başredaktoru olub.

 

Xatırladaq ki, Əhməd Aqayinin həbsi 2010-cu il may ayının 19-da (ordibeheştin 29-u) Həmədan “Bu Əli Sina”  universitetində 22 may (1 xordad) Milli Qiyamın 4-cü ildönümü ilə bağlı keçirilən etiraz mərasimindən sonraya təsadüf edir.

 

Hələlik Aqayinin saxlanıldığı yerdən və onun vəziyyəti ilə bağlı heç bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar