SON XƏBƏRLƏR

Şəhid Hüseyn Fəthipurun qardaşı həbs edilib

2021.10.20, 07:36
Şəhid Hüseyn Fəthipurun qardaşı həbs edilib

Gunaz.tv

GünAzTv: 2006-ci  22 may (1 xordad) milli qiyamın 4-cu ildönümü ərəfəsində İran rejiminin milli fəallara qarşı təzyiqi yeni vüsət alıb.

 

GünAzTv mətbuat mərkəzinin “Sulduz Xəbər”-ə istinadən yaydığı məlumata görə, 2006-ci il may ayı hadisələrində (1385-ci il xordad hadisələri) millətimiz uğrunda canını fəda etmiş Hüseyn Fəthipurun qardaşı, cənab Kərim Fəthipur tutuqlanıb.

 

Fəthipur Sulduz şəhərində öz evinə gedərkən, sivil paltarlı məmurlar tərəfindən yaxalanıb. o yaxalandıqdan sonra naməlum istiqamətə aparılıb.

Adını çəkdiyimiz milli-mədəni fəalın ailəsi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə müraciət edərək, Fəthipur haqqında məlumat əldə etmək istəyiblər. lakin onlara cavab verilməyib. Fəthipurun ailəsi onun naməlum vəziyyətdə saxlanıldığından nigarandırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar