SON XƏBƏRLƏR

Regionlarımızda sel sularının səviyyəsi dəyişir

2021.10.20, 07:36
Regionlarımızda sel sularının səviyyəsi dəyişir

Gunaz.tv

GünAzTv: Son bir sutka ərzində Kür və Araz çaylarının səviyyələrində azalma müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən bildirilib ki, dünən səhər saat 8.00-dan bu gün 8.00-a olan məlumata görə, Kürün səviyyəsi Qıraq Kəsəməndə 412 sm təşkil edib, səviyyə 6 sm azalıb. Yevlaxda səviyyə 366 sm təşkil edib, səviyyə 29 sm azalıb, Zərdab məntəqəsində səviyyə 2 sm artaraq 770 sm təşkil edib. Şirvanda suyun səviyyəsi 1 sm (səviyyə 846 sm), Surrada 3 sm (səviyyə 950), Salyanda 1 sm (səviyyə 824 sm), Bankədə 3 sm (səviyyə 490 sm) azalıb. Araz çayının səviyyəsi Novruzlu məntəqəsində 7 sm azalaraq 724 sm təşkil edib. Qanıx çayının səviyyəsi isə Əyriçayda 770 sm təşkil edərək 10 sm artıb.Araz su anbarında suyun səviyyəsində azalma müşahidə edilir. Hazırda anbarda suyun səviyyəsi 777,75 m təşkil edir. Mingəçevir su anbarında isə səviyyə artaraq 82,99 m-ə çatıb. Qeyd edək ki, anbarda suyun nominal səviyyəsi 83 m olduğundan bu səviyyəyə çatmağa cəmi 1 santimetr qalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar