SON XƏBƏRLƏR

Hindistanda dəhşətli təyyarə qəzası olub

2021.10.20, 07:36
Hindistanda dəhşətli təyyarə qəzası olub

Gunaz.tv

GünAzTv: Səhər saatlarında Hindistan səmasında bədbəxt hadisə baş verib. Dubaydan Hindistanın Manqalor şəhərinə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 166 nəfər həlak olub. Qəzanın baş vermə səbəbləri hələlik bilinmir. 

 

Yerə çırpılan təyyarə 2 hissəyə parçalanaq partlayıb. Şahidlər təyyarənin eniş edən zaman mühərrikinin yandığını, daha sonra isə partladığını bildirib. Partlayışdan sonra təyyarədə güclü yanğın başlayıb. Yanğınsöndürən və təcili tibbi yardım dəstələri alovlar içərisindən yalnız 6 nəfəri xilas edə bilib. Hadisə yerinə gələn Hindistanın Daxili İşlər naziri Açarya təyyarədə 173 nəfərin olduğunu bildirib. Onun sözlərinə görə, ölənlər arasında  4 az yaşlı uşaq və 6 heyət üzvü də var. Təyyardən 6 nəfər isə, sağ çıxıb. Bəxti gətirənlər sırasında olanlardan biri - Hindistan vətəndaşı Abdullah təyyarənin daxilini gözlənilmədən alov bürüdüyünü və yerə çırpıldıqdan sonra isə özünü təyyarədən yerə ataraq xilas olduğunu bildirib. Təyyarənin qəzaya uğradığı ərazinin sıx meşəlikdən ibarət olması xilasedicilərin çalışmasında ciddi maneələr törədib. Buna baxmayaraq 60 nəfərin cəsədinin qəza yerində  aşkarlamaq mümkün olub.  itv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar