SON XƏBƏRLƏR

İran MAQATE-ni məlumatlandırmağa hazırdır

2021.10.20, 07:36
İran MAQATE-ni məlumatlandırmağa hazırdır

Gunaz.tv

GünAzTv: Rəsmi məktubun mayın 24-də quruma təqdim ediləcəyi gözlənilir.

İran MAQATE-ni nüvə yanacağı mübadiləsi ilə bağlı əldə olunan üçtərəfli razılaşmanın təfərrüatları barədə məlumatlandırmağa hazır olduğunu rəsmən elan edib. İranın MAQATE-ki daimi nümayəndəsi Əli Aşqar Soltani bəyan edib ki, rəsmi Tehran razılaşmanın təfərrüatları ilə bağlı məktubu agentliyə göndərməyə hazırdır. Məktubun mayın 24-də Atom enerjisi üzrə beynəlxalq agentliyə təqdim ediləcəyi gözlənilir. İran, Braziliya və Türkiyə arasında əldə olunan sazişə görə, İran sənədin imzalanmasından sonra 7 gün ərzində əldə olunan razılaşma ilə bağlı MAQATE-ni həm yazılı formada, həm də rəsmi kanal vasitəsilə məlumatlandıracağına söz verib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar