Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
İlon Mask siyasətə 100 milyon dollarlıq çeklə qayıdır
İrana 700 ton ABŞ düyüsü idxal edilib
ADNOC tankerinə hücum | BƏƏ: İran məsuldur
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İran Kəşfiyyat Nazirliyi “Termit” adlı layihə barədə məlumat verdi
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Bir həftədən az müddətdə Hörmüz boğazında üçüncü BƏƏ gəmisinə hücum edilib
Qeşm adası neft çirklənməsinə məruz qaldı
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
İranda müharibə zamanı 500-dən çox telekommunikasiya obyekti vurulub
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Ərdəbildə üç məhbus edam edildi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
"Traktor" yeni mövsümdə ilk qələbəsini qazandı
Ağ Ev: Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etmək barədə zarafat edib
Tramp: ABŞ NATO müttəfiqlərinin İranla münaqişədə kömək etmədiyini unutmur
Təbrizdə iş qəzası- Ölənlər var
Tramp: İran hücum edərsə, ABŞ-ın cavabı yüz dəfə güclü olacaq
Əraqçi: İran və ABŞ arasında heç bir atəşkəs razılaşması olmayıb
İranda daha bir etirazçı edama məhkum edildi
Hörmüzü ABŞ ərazisi elan edəcəyəm - Tramp
Əhvaz imam-cüməsi: “Bizim nüvə enerjimiz heç bir ölkəyə dəxli yoxdur”
Müharibə silahlarının hissələri Türkiyə sahillərinə çıxıb (Video)
Kanada İranın yeni Baş Qərargah rəisi sanksiyaya məruz qoydu
İranda həbsdə olan qadının həyatının acı sonu
İran infrastruktur müharibəsi başlayacağı təqdirdə nüvə silahına yönələ bilər, din xadimi xəbərdarlıq edib
İran müəllimləri: Təzyiq və repressiyalar dayandırılsın
İranın neft borcu 127 milyard dolları keçib
Ettelaat Sistan və Bəlucistanda əməliyyat keçirib- Ölənlər var
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
İraq səmsında İran PUA-ları vuruldu
Səudiyyə Ərəbistanı da İranı qınadı
Hörmüz boğazında daha bir tankerin dronla vurulduğu bildirilir
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Məşhəddə təbrizlilərlə yəzdlilər arasında qarşıdurma olub
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
GünAzTv: Azərbaycan respublikasında yaşayan Güney Azərbaycanlı milli fəal Nəbi Soytürk, "Azadlıq" qəzetinə 22 may hadisələri mövzusu ətrafında müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.
Bu gün Güney Azərbaycanda baş verən 22 may qiyamından 4 il ötür. Dünyanın bir çox ölkələrində bu ildönümü yüksək səviyyədə qeyd olunmaqdadı. Müsahibim Güney Azerbaycan Istiqlal Partiyasinin ideoloji məsələlər üzrə sorumlusu Nəbi Soytürkdü. - Nəbi bəy, Milli qiyamımızın 4 cü ildönümüdür. Necə xatırlayırsız bu qiyamı?- 2006-ci ildə 22 may hadisələrini duyunca uzun müddət düşündüm ki, mən bu hərəkətin bir üzvü deyiləm. Ona görə ki, hərəkatçının “hazırda hərəkət hansı nöqtədədir?” sualına hər an hazır cavabı olmalıdır. Mən isə may ayı baş verən zaman bu sualın cavabını bilmədiyimi başa düşdüm. Bunu bir çox millətçi fəallarımız da etiraf edərlər. Məncə, bunun əsas iki səbəbi var:Birisi, bizlər imkansızlıq nəticəsində məhdud fəaliyyətlərimizlə hərəkatın gələcək inkişafını ölçürdük. Halbuki, fars şovinizmi tərəfindən millətimizə qarşı işlənmiş ədalətsizlik və zülmün miqdarı ilə ölçməliydik. Bu da özünü doğrultdu. Yəni ilkin nəticə (22 may), sərf etdiyimiz əmək və fəaliyyətdən daha böyük oldu. Bu isə hərəkatın köklərinin dərinlərdə olduğunu göstərir.Ikinci məsələ isə dünyada hətta ünlü siyasətçiləri də aldadan faktordur. 1990-cı illərdə kimsə düşünə bilməzdi ki, gələcək illərdə siyasi proseslər bu qədər sürətlə gündəmi dəyişər. Ona görə ki, keçmiş Onilliklərdə soyuq savaş siyasi proseslərin sürətini minimum həddə düşürmüşdü. Təbii ki, bu amil də milli hərəkatçıların öngörüsünə kölgə salmış oldu.
Indi bütün dünya Güney Azərbaycan amili ilə hesablaşır
- Ümumiyyətlə, 4 il öncəki qiyam Güney milli azadlıq hərəkatına nə verdi?- Bu haqda çox söz demək olar, ən mühüm məqam isə Güney Azərbaycanın Iran rejiminə və dünyaya göndərdiyi mesajdır. 22 may milli qiyamı Güneyin varlığını dünyaya sübut etdi. Amerikanın Strateji Araşdırmalar Mərkəzindən tutmuş Rusiyaya qədər Iranı başqa cür mütaliə etməyə başladılar. Bu mesajı Ermənistan və PKK da duydu. Sırf 22 maydan sonra Levon Ter-Petrosyan dedi ki, “o tayda bir əjdaha yatıb, o, oyanmadan Qarabağ məsələsini həll etmək lazımdır”. PKK başa düşdü ki, gözünü dikdiyi Urmu bölgəsini ələ keçirmək heç də rahat olmayacaq. 22 maydan sonra Güneyin varlığı BMT kimi nüfuzlu beynəlxalq təşkilatın tribunasından eşidildi, eləcə də ABŞ və Avropa ölkələri tərəfindən. Təbii ki, Təbrizin tarixini yaxşı bilən fars şovinizmi bu mesajın nə qədər anlamlı olduğunu daha yaxşı başa düşür. Bununla həm Iran, həm region ölkələri və həm də uzaqgörən fövqəlgüclər başa düşdülər ki, artıq uzun müddət regional proseslərdən uzaq tutulmuş Güney Azərbaycan, gələcək proseslərdə ciddi rol oynayacaq.
- Nə dəyişib bu dörd ildə?- Qanun çərçivəsində heç nə. Müsbət tərəf dəyişməsə də, Azərbaycanın qayğısını çəkən soydaşlarımıza təqiblər və təzyiqlər artdı. Təzyiqlər artdıqca fars şovinizminin Azərbaycanla düşmənçiliyi daha da üzə çıxdı. Ancaq idealistlər üçün müsbətə doğru böyük dəyişikliyin əlamətləri də görünür. Iranın qeyri-demokratik olduğunu və Azərbaycanın keçmişdəki inqilabçı yapısını nəzərə alarsaq, aydın olar ki, Güneydə gedən indiki proseslər görünməyə bilər, lakin nəticəni görmək mümkündür. Sanki bir ruhani cərəyan Iran və Güney Azərbaycanı içdən yuyub təmizləyir. Bu cərəyan 22 maydan sonra daha effektli təsir edir. Son illərdə Iran sərhədləri çərçivəsində ictimai-siyasi nöqtədə harmoniya dəyişib. 1990-cı illərdə biz millətçilər Iran məhvərli düşüncə tərzini və iranizə harmoniyanı pozan qüvvələr sayılırdıq, indi isə Azərbaycanın milli hərəkatının əleyhinə gedənlər ümumi harmoniyanı pozmuş sayılırlar. Bu, mexanizmin ciddi dəyişilməsi deməkdir. May hadisələri milli hərəkatın mədəni fəaliyyət mərhələsinin uğurlu keçdiyinin sübutudur. 2006-cı il 22 may milli qiyamı böyük mədəni dəyişikliyin ilkin nəticəsi olduğu halda, 22 maydan sonra sürətlə siyasələşən milli hərəkatın əsas səbəbi və başlanğıcı sayıla bilər. Artıq hətta futbol yarışlarına diqqət yetirmək, stadionlarda 100000-dən çox insanın səsləndirdikləri şüarları eşitmək, sözügedən dəyişikliyin canlı sübutudur.
- Ildönümü dünyanın bir çox ölkələrində qeyd edilir. Anım mərasimləri, aksiyalar xalqın mübarizə qabiliyyətinin günbəgün artmasından xəbər verir, yoxsa...- Ümumiyyətlə, Azərbaycan türk millətində dövlətləşmə və millətləşmə prosesi, daha doğrusu, bu iki faktorun yenidən güclü şəkildə bərpası cərəyanı birlikdə gedir. Bəzi tarixçi-filosoflar yazırlar ki, türk millətinin köçəri olmasının səbəbi onların istiqlalsız vətəni sevə bilməmələrindən irəli gəlir. Yəni nə zaman istiqlallarını itiriblər, ordan köçməyə başlayıblar. Ola bilsin, bu sözdə böyük həqiqət var. Azərbaycan Respublikası müstəqil olduqdan sonra azərbaycanlıların dünyanın hər yerində, o cümlədən də Avropada yaşayan soydaşlarımızın arasında milli ruhu güclənməyə başlayıb. 22 mayın uzaq ölkələrdə qeyd olunması, diasporumuzun keçmiş illərə nisbətən formalaşması, informasiya dünyasında fəaliyyətlərimizin artmasında milli ruhumuzun Azərbaycandan uzaq yaşayan soydaşlarımızın arasında dirçəlişindən xəbər verir. Məncə, gələcək illərdə biz buna daha çox şahid olacayıq.
“Azərbaycan dövlətinin mövcudluğu Güneyin istiqlalının rəhnidir”
- Milli ruhun dirçəlməsində Azərbaycanın istiqlalını xüsusi vurğuladınız. Bəs bu faktor Güney Azərbaycanın milli hərəkatında hansı rol oynayır?
- Bu faktorun təsiri, sadəcə, misilsizdir. Təsadüfi deyil ki, Azərbaycan müstəqil olduqdan sonra Güney Azərbaycan özünü toparlamağa başladı. Azərbaycanın dövlətçiliyi, fars şovinizminin 10 illərlə Güney azərbaycanlıların üzərində apardığı məkrli siyasəti zərərsizləşdirdi. Bir neçə mühüm məqamı sadalamaq istəyirəm.Birinci məqam ondan ibarətdir ki, fars şovinizminin təbliği nəticəsində bir çox strateji əhəmiyyətli hədəf azərbaycanlılar üçün qeyri-mümkün göstərilirdi. Məsələn, “Azərbaycan türkcəsində ümumiyyətlə, təhsil ola bilməz, bu dil qüsurlu dildir, Azərbaycan dövlət qura bilməz, azərbaycanlılar Iranlı və ari kökənlidirlər, və sairə”. Cəmiyyətdə bu kimi inam sistemi yaratmışdılar. Azərbaycan müstəqil olunca, dövlət qurub beynəlxalq aləmdə tanınınca, universitetlərində nəinki azərbaycanlılar digər, eləcə də xalqlar, o cümlədən farslar özləri də gəlib dərs oxuyunca, fars şovinizminin qurduğu inam sistemində şübhələr yarandı. Bununla da oturuşmuş standart inamlar məhv olmağa başladı. Azərbaycanın müstəqilliyi olmasaydı, biz bütün bunların öhdəsində gələ bilməyəcəydik. Artıq Təbrizi öyrənmək üçün kimsə gedib Tehranın uydurma mənbələrinə müraciət etməyəcək və Bakı arxivlərinə üz tutacaq. Daha maraqlısı isə Tehran özü də Təbrizin tarixini, mədəniyyətini bu qədər gizlədib təhrif edə bilməyəcək. O üzdən bizim tariximiz, mədəniyyətimiz, kimliyimiz təhrifçilərin əlindən qurtarıb, Azərbaycanda saxlanılacaq. Istiqlalımızdan sonra Iranın yazdığı yalançı tarixin müəyyən qədər ifşa olması dediyimin sübutudur.Daha bir mühüm məqam isə, uzun müddət istibdad dövründə və assimilasiya siyasəti altında yaşayan bir xalqın özündən gözləntisi azalmasıdır. Fəlsəfi anlamda, desək o, şəxs və ya cəmiyyət öz potensiyalından uzaqlaşır. Indi 35 milyon 9 milyonun dövlətçiliyini görüncə, təbii ki, özündən gözləntisi artır və bununla da potensiya gücünə yaxınlaşır. Bütün bunlara görə, Azərbaycanın Güney Azərbaycan üçün ən böyük dayağı onun dövlətçiliyinin mövcud olmasıdır.
“Biz yaşılları vurmalı deyilik, amma onlarla birləşmək də olmaz”
- Musəvinin düşərgəsinin və özlərini islahatçı adlandıranların partiyası olan yaşıllar hərakatının Güney azadlıq hərakatında rolu nədən ibarətdi?- Məncə, “yaşıl hərəkat”ı iki yerə bölüb, ayrı-ayrı mütaliə etmək gərəkdi. Birincisi, yaşıl hərəkatın liderləridir. Onların məqsədi daha çox siyasi və bir az da ideoloji dəyişiklikdir. Ikincisi isə yaşıl hərəkat adı altında xiyabanlara tökülüb, inqilab edənlərdir. Onların məqsədi isə ümumiyyətlə, Iran rejiminin siyasi-ideoloji caynağından qurtulmaqdır. Bu iki qütbü birləşdirən faktor siyasi və ya ideoloji hədəflər deyil, eyni yerdən zərbə aldıqları qüvvədir. Eyni düşərgəyə qarşı olduqlarıdır. Hakimiyyətə qarşı müqavimət mərhələsi keçərsə, xüsusilə məsələ ideoloji müstəviyə çatınca onların birliyi param-parça olacaq. Buna kimsə şübhə etməsin.Yaşılların milli hərəkata münasibətinə gəlincə deyim ki, Qərb ölkələrində yaşayan iranlı ziyalılar, o cümlədən Əkbər Gənci, Əbdülkərim Siruş və başqa bu kimiləri yaşılların dəstəyində birgə bəyanatla çıxışlar ediblər. Onlar incə-incə demokratik hüquqları sadalayıblar. Amma millətlərin hüququna dair hətta bir cümlə işlətməyiblər. Yaşıllar Iranın daxilində bir müxalifət kimi bəzi demokratik şüarlar verirlər. Bəzən Konstitutsiyanın qeyri fars millətlərin hüququ ilə bağlı maddələrinin icrasını da bir şüar kimi dilə gətiriblər. Ancaq unutmamalıyıq ki, bu qadağaların bəzilərini elə yaşılçılar özləri iqtidarda olan zaman tətbiq ediblər. Indiki zamanda bu şüarlar daha çox şou xarakteri daşıyır və milli hərəkatı qəti şəkildə qane edə bilməz. Qısa desək, yaşıllar hərəkatı milli hüquqlar baxımından şovinizm arabasının təkərlərini dəyişən cərəyandır.
- Demək istəyirsiniz ki, milli hərəkat yaşıllara qətiyyən qatılmamalıdır?- Çox ciddi sualdır. Məncə, Yaşıl hərəkatın Iranda olması, inkişaf etməsi bizim xeyrimizədir. Ancaq milli hərəkatı yaşıl hərəkata bulaşdırmaq qəti bizim xeyirimizə olmaz. Milli hərəkat çox güclü hərəkatdır, ancaq bir o qədər yetkin deyil. Milli hərəkatı yaşıl hərəkata bulaşdırsaq, sonra təmizlənməsi qeyri-mümkün olacaq. Biz diqqətli olmalıyıq ki, Iran rejiminə olan nifrət və etiraz hissi bizi ideologiyamızdan uzaqlaşdırıb, yaşıl hərəkata qatıb milli hərəkatın amallarını çürütməsin. Yaşıl hərəkatın qalib gəlmək istədiyi qüvvə (Iranın hazırkı rejimi) 31 ildir formalaşıb, bizim qalib gəlmək istədiyimiz qüvvə (fars şovinizmi) isə yüz illərdir formalaşıb. Biz enerjimizi dağıdarsaq, milli hərəkatın gələcəyi böyük risk altına düşər. Düşünürəm ki, Yaşıl hərəkatın Iranda mövcud olmasına etiraz etməməliyik. Yaşılları vurmamalıyıq. Ancaq ondan uzaq durmalıyıq. Bəziləri deyir ki, Yaşıl hərəkatdan vasitə kimi istifadə etmək olar, mən də bununla razıyam. Amma yaşıllara qatılmaqla yox, onları “vurmamaqla” razıyam. Milli hərəkat tam yetkinlik dövrünə girməyib. Biz bu dönəm özümüzü ciddi sınaqlar qarşısında qoyarsaq, onda tarixdəki kimi vasitə hədəfi üstələyər və keçmişdəki nəticələr təkrar olar.
Qaynaq: “Azadlıq” qəzeti
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
İranda daha bir etirazçı edama məhkum edildi
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
İranda silahlı insident - Dörd nəfər öldürüldü
Təbriz- Tufarqan yolunda iş qəzası- Ölən və yaralananlar var
İranın iqtisadi təcridi üçün misli görünməmiş tədbirlər görüləcək - Bessent
Təxminən 500 nəfər məhkəmə yolu ilə “Əlihan” adlı doğum haqqında şəhadətnamə alıb, lakin bu ad hələ də qadağandır
Abbas Lisani son otuz ildə zorakılıqsız mübarizə və vətəndaş itaətsizliyinin öncüllərindən biridir
İran rəsmisi milli birliyi media üçün “qırmızı xətt” adlandırıb
İran Hörmüz boğazına nəzarət edir – Bəsic komandiri
Pezeşkianın müşaviri ABŞ ilə danışıqları müdafiə edib
Sepah-da qulluq edənlər Kanadadan qovulur
Bab əl-Məndəbdəki hücumların qarşısını almağa kömək edin - Takaiçi
Məkkə sazişi; yeni müdafiə paktı Yaxın Şərqin təhlükəsizlik balansını dəyişəcəkmi? – Təhlil
The Jerusalem Post: Rejim dəyişikliyinin baş tutması üçün İrandakı etnik qrupların birliyi olmalıdır
Qəzvində 24 yaşlı qadın edam edildi
İraqdan açıqlama: İranla əlaqəli qrup əməliyyat planlaşdırıb
Xamenei mart ayında ölüb - Lisak
Qərbi Azərbaycan yollarında qanlı həftəsonu: 45 nəfər öldü, 6 nəfər yaralandı
Şərqi Azərbaycan Sənaye Evi rəhbəri: İran hökumətinin siyasəti Azərbaycanın və Təbrizin sənaye mövqeyini zəiflədib
İranın Hörmüz şərtləri razılaşma ümidlərini azaldıb
İlham Əliyev Trampa təşəkkür etdi
Husilərdən Türkiyəyə açıq xəbərdarlıq: Husilər Türkiyəni hədələdi
Husilərin Yəmən limanına hücumu nəticəsində 7 nəfər ölüb, 30 nəfər yaralanıb
Təbrizdə əczaçılar etiraz aksiyası keçirdilər
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
Qərbi Azərbaycanda Şəhər Şurasının daha bir üzvü həbs edildi
Təbrizdə məhbus milli fəallara təzyiq- 15-ci palataya köçürüldülər
Şərqi Azərbaycanda yol qəzalarında ölən və yaralananların son sayı
İran Ali Məhkəməsi daha bir etirazçının ölüm hökmünü təsdiq etdi
Fidan: Misir da Məkkə sazişinə qoşulacaq