SON XƏBƏRLƏR

Amerika körfəzdə hərbi qüvvələrini gücləndirir

2021.10.20, 07:36
Amerika körfəzdə hərbi qüvvələrini gücləndirir

Gunaz.tv

GünAzTv: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) ikinci aviadaşıyıcı qruplaşması körfəzə doğru irəliləyir. ABŞ-ın İranla müharibə hazırlığının avqustda tam başa çatacağı bildirilir.

 

Birləşmiş Ştatlar hərbi dəniz və hərbi hava qüvvələrini Aralıq dənizi və körfəzə toplamağa başlayıb. "Debka" agentliyinin yaydığı məlumata görə, Amerika aviadaşıyıcı qruplaşması artıq Yaxın Şərq və körfəz istiqamətində hərəkətə keçib. Məlumata görə, bu qruplaşmanın önündə ABŞ-ın Virciniya ştatından cümə günü yola düşəcək "Harri Trumen" aviadaşıyıcısı olacaq.    Qeyd edək ki, belə olan halda İran sahillərində mövcud olan Amerika aviadaşıyıcılarının sayı ikiyə çatacaq. Bu günədək Obama administrasiyası Tehranla dialoq siyasəti çərçivəsində qaydalara riayət edərək, İslam Respublikası sahillərində yalnız bir aviadaşıyıcı - "Duayt Eyzenhauer"i saxlayırdı.    İndi burada ilk dəfə olaraq, Amerika qüvvələrilə birgə, Almaniyaya məxsus "Hessen" hərbi gəmisi də fəaliyyət göstərəcək.    Qüvvələrin möhkəmləndirilməsi prosesi iyulun sonu - avqustun əvvəlində başa çatacaq. Vaşinqton bu müddət ərzində İran sahillərinə 4 və ya 5 aviadaşıyıcı cəlb etməyi nəzərdə tutur.    Qeyd edək ki, "Trumen" aviadaşıyıcı qrupuna 6000 min dənizçi və dəniz piyadası daxildir. Bakı-xəbər

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar