Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv : Zənginləşdirilmiş uranın bir hissəsi İranın özündə saxlanılı.ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib:
"Türkiyə və Braziliyanın vasitəçiliyi ilə İranın nüvə proqramına dair saziş imzalanmasına baxmayaraq, Vaşinqton Tehrana qarşı yeni sanksiyaların tətbiqi üçün səylərini davam etdirəcək". ABŞ prezidenti deyib ki, İranın nüvə proqramıyla bağlı beynəlxalq ictimaiyyətdə narahatlıq qalır və sazişdən sonra belə, Tehranın uranı zənginləşdirməyə davam edəcəyini açıqlaması etimad mühitinin yaranmasına imkan vermir. ABŞ prezidenti ilə söhbətində baş nazir Ərdoğan İranla anlaşmanın çox önəmli olduğunu söyləyib. Türkiyənin bu mərhələdə verilən vədlərin yerinə yetirilməsini yaxından izləyəcəyini bildirən Rəcəb Tayyib Ərdoğan "Türkiyə və ABŞ fundamental strateji dost və sizin ifadənizlə desək, "model ortaq" olaraq bir-birinə güvənməli və dəstək olmalıdır" deyib. Obama Ərdoğana Türkiyə və Braziliyanın problemin həlli üçün göstərdikləri səyləri təqdir etdiyini bildirib. Problemin diplomatik yollarla və əldə edilən anlaşmalar çərçivəsində həllinə ümid bəslədiklərini bildirən ABŞ prezidenti "əks halda BMT Təhlükəsizlik Şurasının İranla bağlı qəbul edəcəyi qətnamələrin icrasında qərarlıyıq" deyə vurğulayıb. Rəcəb Tayyib Ərdoğan İranla uran mübadiləsinə dair məsələni Rusiya baş naziri Vladimir Putinlə telefonla danışığı zamanı da müzakirə edib. Türkiyənin bölgədə nüvə silahı istəmədiyini bir daha vurğulayan Ərdoğan Putinlə danışığında Türkiyənin başdan dialoq və diplomatiya yolunu tutduğunu söyləyib. Amma Türkiyənin cəhdlərinə baxmayaraq, ABŞ İrana qarşı sanksiyaların tətbiqində israrlı görünür. Artıq Birləşmiş Ştatlar Rusiya və Çinin də razılığını ala bilib. İranın nüvə proqramıyla bağlı BMT TŞ-na təqdim olunan qətnamədə isə yalnız İranın nüvə obyektləri deyil, hətta adi və bir sıra ağır silahların istehsalı, habelə satışına da qadağa qoyulması nəzərdə tutulur. BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin razılaşdırdığı sanksiya planında əsas hədəf kimi nüvə fəaliyyətinə bağlı olan elit hərbi qüvvələr, ordu, maliyyə və nəqliyyat sahələri götürülür. Yeni sanksiyalarda Tehrana bəzi ağır silahların, o cümlədən də hücum vertolyotlarının, tankların və artilleyriya silahlarının satılmasının qadağan edilməsi, onun nüvə başlıqları daşıya biləcək ballistik raketlər yaratmaq imkanlarının məhdudlaşdırılması yollarının tapılması nəzərdə tutulur. Politoloq Elman Nəsirlinin fikrincə, İranın 1200 kq uranı ölkədən çıxarması Türkiyə və Braziliyanın diplomatik qələbəsi hesab olunsa da, BMT TŞ-nın 5 daimi üzvü və Almaniyanı (5+1) razı salmayıb. Bu narazılığın isə iki səbəbi var: "Birincisi, eyni təklif 2009-cu ildə İrana edilmişdi. Həmin təklifə görə, İrana 1200 kq, 3,5 faiz zənginləşdirilmiş uran Rusiya ərazisinə verilməliydi, sonra isə Fransa ərazisində müasir prosedurlardan keçirilməli və İrana qaytarılmalıydı. Amma o zaman İran bundan vaz keçdi. ABŞ-ın mövqeyi bundan ibarətdir ki, 2009-cu ildən bəri İran uranın zənginləşdirilməsi istiqamətində xeyli irəliləyiş əldə edib. Ötən ilin oktyabrında İran 1200 kq uranverməklə zənginləşdirilmiş uranın üçdə iksini vermiş olurdu. Amma indi İranın uran ehtiyatı artıb və 1200 kiloqramını vermək onun 50 faizindən də azını vermək deməkdir. Bu isə İrana nüvə başlıqlı silah əldə etmək üçün kifayət edir. Yəni indiki halda 1200 kq uranı ölkədən çıxartmaq bir o qədər zənginləşdirilmiş uranın İranda qalması deməkdir. ABŞ-ın bəyanatının məğzi də bundan ibarətdir. Eyni zamanda, İranın uranın zənginləşdirilməsindən imtinası haqqında müddəa həmin sənəddə əks olunmayıb. ABŞ və Rusiyanı narahat edən digər məsələ ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün həll edə bilmədiyi məsələnin Türkiyə və Braziliya həllinə nail olub. Burada bir qısqanclıq məsələsi də özünü büruzə verir. Hadisələrin gedişatı göstərir ki, artıq qərar qəbul edilib və İrana qarşı sanksiyalar gündəlikdədir. Ammma İranın gəlirlərinin 80 faizi neftdən və qazdan əldə olunur. Nə qədər ki, sanksiyalar enerji sektorunu əhatə etməyib, heç bir təsiri olmayacaq. Bir neçə il öncə benzin böhranı bütün İranı ayağa qaldırmışdı. Ancaq Rusiya və Çin bildirirlər ki, sanksiyaları enerji sektoruna tətbiq etmək olmaz. Çünki bu xalqın güzəranının pisləşməsinə və humanitar fəlakətə səbəb ola bilər. Ona görə də bu sanksiyalar lazımi effekti verməyəcək. İrana qarşı sayca 5-ci qətnamənin qəbulu BMT Təhlükəsizlik Şurasında onsuz da olmayan birliyin parçalanmasına gətirib çıxaracaq. Təhlükəsizlik Şurasının 15 üzvündən Türkiyə, Braziliya yenə eyni mövqedən çıxış edəcək, Livan artıq may ayından həmin şurada təmsil olunur, belə olan halda İranla bağlı ziddiyyətlər artacaq". Elman Nəsirli bildirdi ki, Türkiyə BMT TŞ-nın daimi üzvü olmadığına görə veto hüquüquna malik deyil. Ona görə də Türkiyənin ABŞ və Rusiya ilə danışıqlar apraraq sanksiyaların qarşısını almaq səyləri nəticə verməyə bilər. Türkiyənin kənarda qalması isə İranla bağlı prosesləri daha gərgin istiqamətə yönəldəcək.
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu