SON XƏBƏRLƏR

Həmədanın Bu Əli Sina universitetində milli qiyamın ildönümü ağırlanıb

2021.10.20, 07:36
Həmədanın Bu Əli Sina universitetində milli qiyamın ildönümü ağırlanıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanda 2006-ci il 22 may (1 xordad) milli qiyamın 4-cu ildönümü günləri yaşanır. Bununla bağlı Həmədanın Bu Əli Sina universitetində öyrəncilər bir araya gələrək, milli qiyam günümüzü ağırlayıb və fars şovinizminin ayriseçkilik siyasətinə növbəti etirazlarını bildiriblər.

 

2010-cu il may ayının 19-da (ordibeheştin 29-u) keçirilən mərasimdə öyrəncilər əllərində “Xordad qiyamı Azərbaycanın 85 illik boğulmuş harayı”, “Təbii hüquq, vətəndaşlıq hüququndan üstündür” və “1 xordad (22 may) Azərbaycan türk millətinin 85 illik ayri-seçkilik təfəkkür və siyasətin əleyhinə olan qiyamının  ildönümüdür”  kimi yazılı parçalar tutaraq, xordad hadisələrində şəhid düşən soydaşlarımızın əziz xatirəsini izzət və hörmətlə yad ediblər.

 

Qeyd edək ki, universitetin təhlükəsizlik şöbəsi, mərasimdə iştirak edən öyrənciləri rahat buraxmayıb. Onların kameraları, yazılı parçaları alınıb və təhdid olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar