SON XƏBƏRLƏR

Makı fəalları birgə bəyanatla çıxış edib

2021.10.20, 07:36
Makı fəalları birgə bəyanatla çıxış edib

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Makı şəhərinin fəalları da başqa şəhərlərimiz kimi 22 may (1 xordad) milli qiyamın 4-cü ildönümü münasibəti ilə bəyanat yayıblar.

 

Bəyanatda qısaca olaraq deyilir:

 

Biz Azərbaycan türk millətinə olan təhqiri, dövlət rəsmilərinin buna olan sükutunu unutmamışıq. Biz 2006-cı il may ayında (1385-ci il xordad ayı) Qarakörpüdə toplaşıb qəhrəman türk millətinin milli namusunun müdafiəsinə qalxdıq. İndidə bizə vacibdir ki, bir daha Azərbaycanımızın, onun müdafiəçilərinin səsinə səs verib, fars şovinizminə xatırladaq ki, Azərbaycanın milli hüquqlarını əldə etməyənə qədər bu yoldan dönməyəcəyik.

 

Biz bildiririk ki, Hər millət və hər hökumət öz varlığını bizim əsarətimizlə bağlarsa , acı aqibətə uğradığı zaman bizdən küsməsin.

 

Millətimizin ziyalıları dəfələrlə islam hökumətinin məsullarını türk millətinə qarşı tutduqları yoldan çəkinməyə çağırıblar, ancaq onlar bizim bəkləntimizin tərsinə olaraq, keçən əsrin çürümüş siyasətini dəvam etdirirlər.

 

 

GÖRÜŞ:

2010-cu il may ayının 22-i (1389-cu il xordad ayının 1-i) Azərbaycanın bütün şəhərləri...

Makı – Qarakörpü – ustad Şəhriyar parkı – səhər saat 8

Hazır gəlin. Nigaran olmayın polis əməkdaşları da öz qardaşlarımızdır

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar