SON XƏBƏRLƏR

Bildiriş: “Azərbaycan inamımız – Xordad ayı qiyamımız”

2021.10.20, 07:36
Bildiriş: “Azərbaycan inamımız – Xordad ayı qiyamımız”

Gunaz.tv

GünAzTv: 2006-il  22 may (1385-il, 1 xordad) hadisələrinin 4-cu il dönümü münasibəti ilə  Güney Azərbaycanın siyasi mərkəzi sayılan Təbriz şəhəri və bəzi universitetlərdə Bildirişlər yayılıb.

 

Tarixi hadisələrin ildönümü münasibəti ilə yayılan bildirişlərdə “Azərbaycan inamımız – Xordad ayı qiyamımız” şüarı dərc olunub.

 

Bildirişlərdə Azərbaycan uğrunda canını fəda etmiş bütün şəhidlərin xüsusi ilə 2006-il may ayı hadisələrində (1385-ci il xordad ayı hadisələri) şovinist rejimin tərəfindən şəhid edilmiş soydaşlarımızın və siyasi məhbuslarımızın xatirəsi hörmətlə yad olunur.

 

Həmçinin bildirişlərdə şəhidlərimiz və məhbus siyasi fəallarımızla birlik nümayiş etdirilir, vurqulanır ki, bir an belə Azərbaycanın kimliyi və hüququ uğrunda mübarizədən əl çəkməyib və milli hərəkatı öz məqsədinə çatana qədər dəvam etdirəcəyik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar