Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Türkiyə və Braziliyanın İranla imzaladığı nüvə razılaşması ABŞ (Amerika Birləşmiş Ştatları) və BMT-ni bir-birinə zidd bəyanatlar verməyə məcbur etdi.
Obama narazılıq, Pan Gi Mun isə razılıq edir
Türkiyə və Braziliyanın İranla imzaladığı nüvə razılaşması ABŞ (Amerika Birləşmiş Ştatları) və BMT-ni bir-birinə zidd bəyanatlar verməyə məcbur etdi. Prezident Obama nüvə razılaşmasına imza ataraq Irana hərəkət etmək imkanı yaradan Braziliya və Türkiyə liderlərinə bir o qədər də isti yanaşmadı. BMT-nin baş katibi Pan Gi Mun isə Iranla bağlı məsələdə Ərdoğan və Lulanın diplomatik səylərini təqdir etdi.“Nyu-York Tayms” qəzetinin yazdığına görə, Obama ötən ay keçirilən Nüvə Təhlükəsizliyi sammiti zamanı görüşdüyü dünya liderlərinə BMT şərtlərini yerinə yetirməməsi üçün Irana bəhanə yaratmamaq xəbərdarlığı etmişdi.BMT Baş katibi Pan Gi Mun Tehranda imzalanmış razılaşmanın TŞ-da Irana qarşı tətbiq oluna biləcək sanksiyaları dayandıracağına hər hansı təsiri olacaqmı? - sualına da aydınlıq gətirib. Baş katib şəffaflıq və açıqlığın son dərəcə mühüm olduğunu bildirib. “Bu razılaşma Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (MAQATE) və Beynəlxalq aləmin daha fəal şəkildə prosesə cəlb olunması halında müzakirələrə müsbət təsir edə bilər. Artıq Türkiyə, Braziliya və Iran arasında imzalanan razılaşma MAQATE-yə təqdim olunub. Düşünürəm ki, Iran rəsmiləri də quruma məktub göndərəcəklər. MAQATE-nin də bu razılaşmanı müsbət dəyərləndirməsini gözləyirəm”,- deyə P.G.Mun bildirib. BMT Baş katibi Iranın nüvə proqramı ilə bağlı TŞ-nın qərarlarına tamamilə riayət etməli olduğunu bir daha xatırladıb. Tərəflərin bu məsələni də müzakirə etmələri üçün danışıqlara başlamasının vacibliyini vurğulayıb.
Türkiyə və Braziliya sanksiyaları dəstəkləmir
Bütün bunların ardından Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT TŞ-də Irana qarşı sanksiyaların tətbiq olunması məsələsinin ertələnməli olduğunu bildirib. “Indi Irana qarşı sanksiyaların tətbiqi doğru qərar olmaz”- deyə Türkiyə xarici siyasət idarəsinin rəhbəri bildirib. Davudoğlu “Reuters” agentliyinə verdiyi müsahibədə Iranın kimsənin gözləmədiyi səylər göstərdiyini qeyd edib. Nazir hətta Iranın nüvə silahı əldə etməklə bağlı planının olmadığına əmin olduğunu da vurğulayıb. “Regionda nüvə silahı və yeni sanksiyalar istəmirik. Çünki sanksiyaların iqtisadiyyatımıza, enerji siyasətimizə və xüsusən də qonşularımızla olan münasibətlərimizə mənfi təsir göstərəcəyi istisna olunmur”.Braziliyanın BMT-dəki daimi nümayəndəsi Mariya Luiza Riberio da təmsil etdiyi ölkənin Iran məsələsində sanksiyalar tətbiq olunmasını müzakirə etməyəcəyini bildirib. Diplomat Iranın nüvə proqramında bazar ertəsindən etibarən dəyişikliklər olduğunu qeyd edib. Türkiyənin ardından Braziliya xarici işlər naziri Selso Amorim da Irana zaman verilməsinin vacib olduğunu bildirib. “Iran mayın 17-də imzalanmış razılaşmanın qeyd şərtsiz həyata keçirilməsini təmin etməlidir. Əks halda danışıqlar və problemin dinc həlli iflasa uğraya bilər”. Maraqlı burasıdır ki, BMT TŞ-də veto hüququ olan Rusiya, Çin, Ingiltərə və Fransa da bu razılaşmanı dəstəkləyir. Həmin dövlətlərin marağında olan iki əsas məsələ sənəddə öz əksini tapıb. Bunlardan biri Iranın nüvə proqramı ilə bağlı yük daşıyacaq şübhəli gəmilərin saxlanılaraq təftiş edilməsi, ikincisi isə hərbi təyyarələrin, qırıcı helikopterlərin və savaş gəmisi kimi ağır silahların satılmasını qadağan edən bənd də daxil edilib.Irana qarşı sanksiyalar məsələsində ABŞ-la razılığa gələn Çinin BMT-dəki daimi nüməyəndəliyinin rəhbəri Li Bao Donq isə maraqlı açıqlama verib: “Tehrana qarşı tətbiq oluna biləcək sanksiyalar ölkəmizlə Iran arasındakı ticari əlaqələrə təsir etməyəcək”.
Türkiyə və Braziliya səhv etdi
ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin Latın Amerikası üzrə milli təhlükəsizlik müşaviri olmuş Robert Pastora görə Türkiyə və Braziliya vasitəçi olduqları razılaşmada iki böyük səhv etdilər: “Braziliya və Türkiyənin səyləri təqdirəlayiqdir. Ərdoğan və Lula Irana nüvə proqramı ilə əlaqədar təzyiqlərin azalmasının qarşısını almaq üçün rəsmi Tehrana köməklik göstərdilər. Ancaq, Türkiyə və Braziliya Qərbi narahat edəcək iki səhv etdi”.Keçmiş müşavir bu səhvlərin ciddi olduğunu da gizlətməyib: “Birincisi, Irana nüvə silahı əldə edəcək qədər zənginləşdirilmiş uran saxlamağa imkan yaratdılar, ikincisi isə əldə olunmuş razılaşmaya tam olaraq beynəlxalq nəzarəti təmin etmədilər”,- deyə Pastor bildirib. Vaşinqtondakı Amerika Univeristetində çalışan Pastorun sözlərinə görə, Braziliyanın bu məsələdə aparıcı rola sahib olması və ya Irana qarşı formalaşmış birliyi zəiflətməyə səy göstərdiyi hələ ki, tam aydın deyil. Braziliya prezidenti Lula Silva da əldə olunan razılaşmanın problemin tamamilə həlli üçün yetərli olmadığını bildirib. Prezident onu da bildirib ki, razılaşma beynəlxalq arenada inamlı qarşılanacaq və daha geniş tərkibli müzakirələrin aparılmasına yol açacaq.Lula “diplomatiyanın zəfəri” kimi vurğuladığı razılaşmayla ABŞ və digər güclü müttəfiqlərinin təzyiqini hiss edə bilər. Belə ki, razılaşmadan sonra Rusiya və Çini də yanına alan qərb dövlətləri Vaşinqtonun təklifi ilə Irana qarşı yeni sanksiyaların qəbul olunması üçün qapalı toplantı keçirdilər. Braziliya Universiteti Xarici Əlaqələr Insititutunun direktor müavini Alsides Kosta Vazın sözlərinə görə, Iranı yenidən danışıqlara qoşmağa köməklik edən prezident Lula bunun qarşılığını gözlədiyi kimi, özünü böyük risqə atıb.Analitiklərin fikrincə, Lula Vaşinqtonu qarşısına alaraq yürütdüyü siyasətlə Braziliyanın BMT TŞ-də daimi üzv olmasını da risqə atır. Braziliya prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Aurelio Qarsiya bu məsələyə də toxunaraq bildirib ki, ölkə başçısı mayın 17-də imzalanmış razılaşmanın bəzi ölkələri hiddətləndirəcəyini bilir. Və BMT TŞ-nın tərkibinin genişləndirilməsinin risq altında olduğunu anlayır.
Iran Tükiyədən istifadə edir
Türkiyə-Braziliya-Iran arasındakı razılaşmadan daha çox narahatlıq keçirən dövlətlərdən biri Israildir. Ölkənin mətbu orqanlarında bu məsələyə xüsusi önəm verilir. Hətta Israil televiziyaları açıq şəkildə “Iran Türkiyədən istifadə edir” kimi fikirlər səsləndirir.Israil KIV-də səslənən fikirlərdə əsasən rəsmi Tehranın Ankara vasitəsilə bütün dünya ilə oyun oynadığı qeyd olunur. “Razılaşma yaranacaq böhranın aradan qaldırılmasına və molla rejiminin nüvə silahı əldə etmək istəyindən yayınmasına yetərli olmayacaq. Əksinə, Irana qarşı uzun zamandır planlaşdırılan sanksiyaların tətbiqi gecikəcək. Rusiya və Çinin Iranla mükəmməl iqtisadi münasibətlər qurmasına əlavə bəhanələr verəcək”. Israili daha çox narahat edən amil isə açıq olaraq Türkiyənin Irana yaxınlaşmasıdır. “Rəsmi Tehran ona qarşı yönəlmiş təzyiq və sanskiyalardan yayınmaq üçün razılaşmanı imzaladı. Hətta Israilin strateji tərəfdaşı olan, bir çox regional məsələlərdə ortaqlıq etməyə maraqlı olduğu Türkiyəni də bu oyuna alət etməyi bacardı”. Azadlıq qəzeti
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu