SON XƏBƏRLƏR

Sel suları Ərdəbil əyalətinə xeyli ziyan vurub

2021.10.20, 07:36
Sel suları Ərdəbil əyalətinə xeyli ziyan vurub

Gunaz.tv

GünAzTv: Son aylarda baş verən daşqınlar Güney Azərbaycanın Ərdəbil əyalətinin şəhər və kəndlərinə ciddi ziyan vurub. Bu barədə apa “Fars” agentliyinə istinadən verdiyxəbər yayıb.

 

Ərdəbil əyalətinin anti-böhran idarəsinin rəhbəri Əli İslami indiyə qədər Ərdəbil əyalətində belə bir fəlakətin şahidi olmadıqlarını deyib. Sel suları və güclü soyuq nəticəsində əyalətin kənd təsərrüfatına, eləcə də yaşayış evlərinə dəymiş maddi ziyanın məbləği 138 milyon dollardan artıqdır.

Ə. İslami əsasən Meşkin, Xalxal, Parsabad, Ərdəbil və Kövsər şəhərlərinə zərər dəydiyini deyib. O, əhaliyə dəymiş ziyanın dövlət sığorta şirkəti tərəfindən ödəniləcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar