SON XƏBƏRLƏR

İranın nüvə proqramı Vaşinqton, Ankara və Moskva liderləri arasında müzakirə olunub

2021.10.20, 07:36
İranın nüvə proqramı Vaşinqton, Ankara və Moskva liderləri arasında müzakirə olunub

Gunaz.tv

GünAzTv: Ərdoğan, Obama və Putin arasında telefon danışığı olub. Danışığın əsas müzakirə hədəfi İranda imzalanan nüvə yanacağının mübadiləsinə dair saziş olub.

Bölgədə nüvə silahı istənilmədiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan həm müttəfiqləri ilə, həm də regionda sülh ehtiyacı səbəbilə, habelə milli mənfəətlərinə uyğun səy göstərdiklərini deyib. Barak Obama da Ərdoğan və Braziliya prezidentinin problemin diplomatik yollarla həlli üçün göstərdikləri səyləri razılıqla qarşıladığını bildirsə də, rəsmi Tehranın son davranışlarının etimad atmosferi yaratmadığını vurğulayıb və prezidenti İrana qarşı sanksiyaların tətbiqini dəstəkləməkdə davam edəcəklərini deyib. 

Rusiyanın məsələyə mövqeyi isə, tamamilə fərqlidir. Vladimir Putin isə İranın nüvə proqramı məsələsində Türkiyə və Braziliyanın apardığı fəaliyyət və səylərini təqdir etdiyini bildirib. Ərdoğan isə, Türkiyə, Braziliya və İran arasında Tehranda sazişin imzalanmasını dialoq və diplomatiyanın qələbəsi olduğunu vurğulayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar