SON XƏBƏRLƏR

22 may (1 xurdad) ərəfəsində Urmu gündəmi...

2021.10.20, 07:36
22 may (1 xurdad) ərəfəsində Urmu gündəmi...

Gunaz.tv

GünAzTv: 22 May (1 xurdad) hadisələrinin 4-cü ildönümü münasibəti ilə Güney Azərbaycanın bütün şəhərləri o cümlədən Urmudan xüsusi gündən yaşanır.

 

Urmu şəhərində xalqımızı 22 may (1 xurdad) hadisələrinin ildönümü münasibəti ilə etiraz aksiyasına çağıran bildirişlər yayılıb.

 

Geniş miqyasda yayılan çağırış məzmunlu bildirişlər ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsini yenədə hərəkətə gətirib. ETTELAAT bir sıra milli fəallara zəng edərək onları ETTELAAT idarəsinə çağırıb, sorğu-suala tutub, imza aldıqdan sonra azad edib.

 

“Xürrəmilər Qrupu” adlı bildirişlərin yayılması, İran polisi və sivil paltarlı dövlət məmurlarınıda gücləndirilmiş iş rejiminə məcbur edib. Hətta məlumatlara görə, digər şəhərlərdən o cümlədən Qoşaçaydan Urmu şəhərinə xüsusi dəstələr gətirilib. Bütün bunlar ehtimal olunan etirazları yatızdırmaq üçün nəzərdə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar