SON XƏBƏRLƏR

Millət vəkilinin Urmulu fəallarla görüşü ləğv edilib

2021.10.20, 07:36
Millət vəkilinin Urmulu fəallarla görüşü ləğv edilib

Gunaz.tv

GünAzTv: Urmulu milli fəalların, Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi cənab Nadir Qazipurla görüşləri naməlum səbəbdən ləğv edilib.

 

Qazipurun ofisində, millət vəkili ilə milli fəalların arasında “Perspolis” futbol komandasının rəsmi saytında Azərbaycanlılara təhqiramiz ifadələrin dərc olunması ilə bağlı görüş keçirilməli idi. Sözü gedən görüşdə Urmulu milli fəallar tərəfindən 2006-cı ilin may ayı (xurdad ayı) hadisələrini də ehtiva edən məktub təqdim olunacaqdı. Halbuki 2010-cu il may ayının 19-da (ordibeheştin 29-u) nəzərdə tutulan görüş naməlum səbəbdən 1 saat görüşə qalmış ləğv edilib.

 

Urmu news-un məlumatına görə, Qazipura yaxın mənbələr bildiriblər ki, bəzi təhlükəsizlik orqanları (adları çəkilməyib) Qazipuru arayaraq, ondan 22 may (1 xurdad) ərəfəsində Milli fəallarla görüşməməyi tələb ediblər.

 

Eynizamanda Bu görüşün əsas təşəbbüskarları, cənab İlyas Gəndomi və İsmail Cavadi də təhlükəsizlik orqanları tərəfindən sözü gedən görüşü ləğv etmək üçün təzyiqə məruz qalıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar