SON XƏBƏRLƏR

Muğanda həbslər dəvam edir

2021.10.20, 07:36
Muğanda həbslər dəvam edir

Gunaz.tv

GünAzTv: Azərbaycan milli kimliyi uğrunda mübarizə aparan daha üç muğanlı fəal tutulub.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, saytının məlumatına görə, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) Muğan (Parsabad) bölgəsindəki yerli idarəsinin əməkdaşları mayın 18-də jurnalistlər Mustafa Cəmşidi və Məhnaz Kərimi (o həm də şairdir), eləcə də digər azərbaycanlı fəal Mehdi Zeynalini şəhərdə tutub bilinməz istiqamətə aparıblar.

ETTELAAT əməkdaşlarının hər üç fəalın mənzillərində axtarış apardığı, onlara məxsus bir neçə kompüter, CD, kitab və digər şəxsi əşyaları götürdüyü bildirilir.

ETTELAAT əməkdaşları daha iki azərbaycanlı fəalın (Davud Məqami və Həsən Balayi) mənzillərinə gedib onları tutmaq istəyiblər. Ancaq fəallar evdə olmayıblar. Hər iki mənzildə axtarış aparılıb, kompüter və digər şəxsi əşyaları götürülüb.

Mayın 17-də Muğanda daha üç fəal (Hafiz Sərdarpur, Nadir Əzizi və jurnalist Ramin Cabbari) tutulmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar