SON XƏBƏRLƏR

Qırğızıstanda son durum

2021.10.20, 07:36
Qırğızıstanda son durum

Gunaz.tv

GünAzTv: Qırğızıstanın cənubundakı Cəlalabad şəhərində Xalqlar Dostluğu Universitetinin binası qarşısında toqquşma olub. Bir nəfər ölüb, 30-dan çox insan yaralanıb. GünAzTv mətbuat mərkəzinin ANS-ə istinadən yaydığı məlumata görə, Günorta saatlarında mindən çox qırğız milis mühafizəsini yararaq universitet binasına daxil olmağa çalışıb. Onlar universitet binasını daşa basıblar. Buna cavab olaraq yerli özbək icmasının lideri Kadirjan Batirovun vəsaiti hesabına tikilmiş universitet binasından atəş açılıb. Bunun ardınca binaya hücum dayanıb.Milis əməkdaşları universitet binası qarşısına toplaşanları ərazidən kənarlaşdırıb. Əraziyə toplaşan insanların bir qrupunun əsas tələbi vilayətin qubernatoru vəzifələrinin icraçısı Bektur Asanovun 48 saat ərzində istefaya göndərilməsidir. Digər bir qrup isə onu dəstəkləyənlərdən ibarət olub. Qırğızıstan müvəqqəti hökumətinin iclasında Roza Otunbayevanın keçid müddətində bu ölkənin prezidenti olması qərara alınıb. Roza Otunbayevanın hansı tərzdə və hansı müddətə keçid dövrünün prezidenti olacağını göstərəcək müvafiq sənəd isə yaxın zamanda qəbul olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar