Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Rusiya - Amerika münasibətlərində yeni istiqamətlər meydana çıxıb" - bu fikirləri Vaşinqtondakı Rusiya səfirliyində keçirdiyi mətbuat konfransında Rusiya baş nazirinin müavini Sergey İvanov səsləndirib. Onun sözlərinə görə, bir çox məsələdə hər iki ölkə yaxşı qarşılıqlı anlayış göstərir: "ABŞ administrasiyasının yeni baxışlar ortaya qoymağa cəhd göstərdiyini görürük. İki ölkə arasında nüvə sahəsində əməkdaşlıqla bağlı imzalanmış müqavilənin təsdiqlənməsi üçün Konqresə göndərilməsini yüksək qiymətləndiririk. Bundan əlavə, Vaşinqton və Moskvanın raketdən müdafiə sistemi sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi ehtimalı da qalmaqdadır". Qeyd edək ki, İvanovun Vaşinqton səfərində Rusiya ilə ABŞ arasında Avropada vahid RMS-in yaradılması sahəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub: "Bu çox çətin mövzudur. Rusiyanın özünün RLS-lərindən birgə istifadəyə dair təklifləri qüvvədə qalmaqdadır. Hazırkı iqtidarın əvvəlki sələfinin planlarından imtina etməsi ilə bağlı bu sahədə müzakirələr daha sakit keçir. İndi əməkdaşlıq üçün daha çox şans yaranıb. Bizim cənubdakı radarlarımız dedikdə tək Qəbələ RLS-i yox, həm də Krasnodar və digər rayonlardakı qurğularımızı da nəzərdə tuturam". İvanovun sözlərinə görə, RMS sisteminin təşəbbüskarlarının məntiqi ilə çıxış edilsə, bu sistem daha çox cənub rayonlarını müdafiə etmək üçündür. Çünki təhlükə nə Avropa, nə də Rusiyadadır. Rusiya rəsmisi həmçinin bildirib ki, bu ilin sonuna qədər Moskvaya ABŞ hökumətinin harada nə tikmək istəməsinə dair tam məlumatlar verilməlidir. İstisna edilmir ki, iki ölkə arasında əməkdaşlıq üçün xüsusi məqamlar tapılsın. Lakin bu, hamı tərəfindən qəbul edilə biləcək vəziyyətdə baş verməlidir: "Birlikdə təhdidləri, riskləri, texniki qərarları müəyyənləşdiririk, onları necə zərərsizləşdirməyin yollarını axtarıb tapırıq, daha sonra isə nəyisə yaratmağa başlayırıq. Bunun nəticəsində köhnədən RMS-lə bağlı informasiya mübadiləsi ideyasının reallaşdırılması da mümkün olacaq". İvanov onu da vurğulayıb ki, hər iki ölkə yaxın vaxtlarda kosmik gəmilər üçün birgə mühərriklərin hazırlanması və yenilərinin istehsal edilməsi ilə bağlı layihələrin reallaşdırılması məsələsini də həll edəcək: "Əgər uzaq kosmosdan danışılırsa, bu, 100 faiz o deməkdir gəmiləri aparmaq üçün istifadə olunan raketlər və kosmik gəmilərin özləri üçün yeni mühərriklər lazımdır. Bizim mütəxəssislərin qənaətincə, bunun üçün ən yaxşı məqam nüvə enerjisi ilə işləyən mühərriklərdir". Nüvə enerjisi sahəsində əməkdaşlığa gəldikdə isə İvanov özünü "bu müqavilənin vəkili" adlandırıb. Onun sözlərinə görə, əgər bu razılaşma qüvvəyə minsə, yüksək texnologiyalar sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər yaradacaq. Bütün bunların hamısı Rusiyanın İrana qarşı yeni sanksiyalarda iştirakını da nəzərdə tutur: "Biz İrana qarşı yeni BMT qətnaməsinin astanasındayıq. Mən bu məsələni amerikalı həmkarlarımla da müzakirə etdim. Mənim müdafiə naziri Robert Qeyts, dövlət katibi Hillari Klinton, Con Kerri, Uilyam Berns, Ceyms Conson və digərləri ilə görüşlərim oldu". İran məsələsi bu görüşlərin əsas müzakirə obyekti olub. İvanov etiraf edib ki, Rusiyanın İranla çox məhdud çərçivədə hərbi əməkdaşlığı mövcuddur. Lakin bu məsələni həll etmək mümkündür. Çünki Moskva İranın nüvə və ya raket proqramının inkişafı üçün heç bir addım atmır. Həmçinin bu ölkəyə strateji hücum silahları da satmır: "Biz nüvə və raket proqramları təhlükəsi ilə mübarizə aparırıq. Bütün bunların hamısını qarışdıraraq sanksiyalara daxil etmək düz deyil. Bundan əlavə, mümkün sanksiyalar sadə iranlıların həyat tərzinə təsir etməməlidir". İvanov onu da bildirib ki, Buşəhr stansiyası sanksiyalara daxil edilməyəcək. Çünki tamamilə dinc məqsədlər üçün nəzərdə tutulmuş və MAQATE-nin nəzarətində olan nüvə energetikasının atom silahlarının yayılmasına dəxli yoxdur. Baş nazirin müavini Rusiya və ABŞ-ın İrana münasibətdə baxışlarının fərqləndiyini söyləyib. Onun sözlərinə görə, Vaşinqtonun bu gün İranda heç bir iqtisadi, siyasi marağı yoxdur: "Bizdə isə vəziyyət fərqlidir. İran bizim qonşumuzdur. Bizim qarşılıqlı ticari-iqtisadi əlaqələrimiz və onun perspektivdə genişləndirilməsi imkanları var. Bizim İranda enerji maraqlarımız mövcuddur". Həftə-içi
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu