Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Yaranan durğunluğun əsas səbəbi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir.
Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilir. Görüşdə nazirlər Dağlıq Qarabağ münaqişəsinin indiki durumu və gələcək perspektivlərini müzakirə edəcəklər. Vasitəçi rolunda Rusiya çıxış etdiyindən danışıqların məhz bu ölkədə baş tutacağını düşünmək olar. Onu da əlavə edək ki, ötən həftə Ankarada səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev də Qarabağ münaqişəsinin həlli perspektivlərinə toxundu və bəzi maraqlı fikirlər səsləndirdi. Məsələn, Medvedev qeyd etdi ki, son vaxtlar tərəflər irəliyə doğru iri addım atıblar, bir sıra məsələlər üzrə razılığa gəliblər, lakin bu, bütün mübahisəli məsələlər üzrə ümumi mövqeyin müəyyən olunması demək deyil. Eyni zamanda Rusiyanın dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin çox çətin problem olduğunu da etiraf etdi. Medvedev Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin təşkilində bundan sonra da vasitəçilik etməyə çalışacağını açıqladı. Millət vəkili Qüdrət Həsənquliyev də hesab edir ki, Ermənistanın danışıqlar prosesində bu qədər kompromissiz mövqe tutması birbaşa Rusiyaya güvənməsi ilə bağlıdır, ona görə də danışıqlar prosesində Moskvanın vasitəçilik missiyasından maksimum istifadə etmək lazımdır.
Qeyd edək ki, ötən həftə ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri əsasında nizamlanmasına Bakı və İrəvanın yanaşması məsələlərini müzakirə ediblər. Avropa Şurası Nazirlər Komitəsinin iclasında çıxış edən Nalbandyan bildirib ki, ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Afinada qəbul etdikləri bəyanatda güc tətbiq etməmə, xalqların öz müqəddaratlarını təyinetmə hüququ və ərazi bütövlüyü prinsipləri irəli sürülüb və bu prinsiplər münaqişənin nizamlanması üçün əsas olmalıdır. Erməni nazir rəsmi Bakının problemi digər beynəlxalq strukturlarda nəzərdən keçirilməsinə göstərdiyi cəhdləri destruktiv adlandırır və İrəvanın bundan sonra da indiki siyasi kursundan imtina etməyəcəyini vurğulayır. Şübhəsiz, bu mövqe danışıqların növbəti raunduna öz təsirini göstərəcək. Nəzərə alsaq ki, iyunun 5-də vasitəçilər İtaliyanın Venetsiya şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, həmin görüş Madrid prinsiplərinə yeni təkliflərlə bağlı Ermənistanın mövqeyinə xeyli aydınlıq gətirməlidir. Elmar Məmmədyarov da elə son açıqlamasında bildirdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə laqeyd yanaşır, onların yanvar ayında təqdim olunan yenilənmiş Madrid prinsiplərinə münasibət bildirməməsi bunun əyani təzahürüdür.
Bəli, ermənilər Madrid prinsiplərinə laqeydliyini davam etdirir, üstəlik, separatçı Qarabağ recimi də qanunsuz seçkilər keçirməyə hazırlaşır. Məsələ ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi artıq bəyanat yayıb. Bəyanatda bildirilir ki, mayın 23-də Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkiləri” Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədi daşıyır və Azərbaycan ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə xidmət edir. Belədə Minsk qrupunun erməni icmasının gələcək danışıqlarda iştirakı barədə dedikləri onların bu tip addımlarının sayının artmasına təkan verə bilər.
Əlbəttə, burada başqa bir məsələ həmsədrlərin fəaliyyətinin nə qədər uğurlu olub-olmaması ilə bağlıdır. Son vaxtlar həmsədrlik institutunun dəyişilməsi ətrafında müzakirələr xeyli aktivləşib və Türkiyənin problemin həllində vasitəçi kimi çıxış etməsi gündəliyə çıxıb. Ankarada Rusiya prezidenti ilə görüşən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilərin üzərinə böyük məsuliyyət düşür və onlar bu missiyanı uğurla həyata keçirməlidir.
Analitiklərin fikrincə, bu gün rəsmi Ankaranın əsas məqsədi Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru addım atmasına nail olmaqdır. Türkiyə rəsmiləri açıq şəkildə bildirirlər ki, Ermənistanla sərhədlər yalnız işğal olunmuş torpaqların azad edilməsinə başladıldıqdan sonra açıla bilər. Bu addım regionda uzun müddətli sülhün yaranmasına gətirib çıxara bilər ki, bu, həm Türkiyə, həm Rusiya, həm də Ermənistan və Azərbaycanın maraqlarına uyğundur.
Bununla belə, erməni siyasi dairələrinin mövqeyi perspektivdə belə bir anlaşmanın əldə olunacağına ümid yeri qoymur. Həmsədrlər isə son bəyanatlarında nisbətən nikbin görünməyə çalışdılar və tərəflərin bir çox məsələlərdə razılığa gəldiklərini bildirdilər. Bu nikbinliyin haradan qaynaqlandığını müəyyən etmək olmur. Son açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov da bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda durğunluq yaranıb və bunun əsas səbəbi Ermənistanın tutduğu qeyri-konstruktiv mövqedir.
Ekspertlərin qənaətincə, Ermənistanın belə addımları hərbi variantın gündəliyə çıxmasına təkan verə bilər. Hazırda həm Minsk qrupunun həmsədrləri, həm də İrəvan hərbi ssenarinin tətbiqinə qarşı çıxır və problemin dinc yolla nizamlanması üçün danışıqları davam etdirməyə çağırırlar. Ermənistan müharibə variantının arxa plana atılması məqsədilə beynəlxalq təşkilatların təsir imkanlarından faydalanmağa səy göstərir. Bu baxımdan Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Bakıya səfərini təsadüfi saymaq olmaz. Rusiyalı həmkarı ilə görüşündə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev bir daha bəyan etdi ki, Minsk qrupunun münaqişənin nizamlanması prosesində səyləri nəticə vermir və buna görə də aktivliyi artırmaq lazımdır. Mütəxəssislər Ermənistanın hərbi varianta ümumiyyətlə, hazır olmadığını və bu ssenari gündəliyə çıxarsa, qarşı tərəfin ciddi problemlərlə üz-üzə qalacağını deyirlər.
Həqiqətən də, bu gün Ermənistanın düşdüyü ağır siyasi və iqtisadi böhran onun hər hansı radikal gedişlərə hazır olmadığından xəbər verir. Elə yayılan son statistik rəqəmlərə diqqət yetirdikdə də, bunu görmək olur. Məsələn, məlum olub ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə işsizlərin sayı 10 min nəfər artıb və rəsmi olaraq bu rəqəm 85 min nəfərə çatıb. Hazırda Ermənistanda işsizlərin ümumi sayı əhalinin 27,5 faizini əhatə edir. Həmçinin Ermənistandan köçmə prosesi vüsət götürüb və hökumət bunun qarşısını almaqdan ötrü ciddi tədbirlər görməyə çalışır. Bu faktları nəzərə alan vasitəçilər artıq gizlətmirlər ki, müharibə Ermənistan dövlətinin süqutuna gətirib çıxara bilər. Ona görə də onlar problemi məhz hərbi əməliyyatlar nöqtəsinə çatmadan nizamlanmasına çalışırlar. Bu səyin nəticə verib-verməyəcəyi isə İrəvanın mövqeyinə bağlıdır.
«1-ci kanal»ın Analitik Qrupu
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu