SON XƏBƏRLƏR

Laçınsız 18 il oldu

2021.10.20, 07:36
Laçınsız 18 il oldu

Gunaz.tv

GünAzTv: Azərbaycanın qədim güşələrindən olan Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 18 il ötür.

1992-ci il mayın 18-də erməni silahlı birləşmələri Laçın rayonunu işğal edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb, yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib.

1876 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var. İşğal zamanı 300-dən çox hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.

1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra erməni silahlı qüvvələri intensiv şəkildə  ağır artileriyadan rayon mərkəzini atəşə tutub.

Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən mayın 18-də Laçını işğal edib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisaidiyyatına ciddi ziyan vurub. 

İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar