SON XƏBƏRLƏR

Bakıda ulu öndər Atatürkə heykəl qoyuldu

2021.10.20, 07:36
Bakıda ulu öndər Atatürkə heykəl qoyuldu

Gunaz.tv

GünAzTv: Açiliş mərasimində Azərbaycan prezidenti və Türkiyənin baş naziri də iştirak ediblər.

Mayın 17-də Bakının Nəsimi rayonunda, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılıb.

 

Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mərasimdə nitq söyləyiblər. Sonra Azərbaycan dövlətinin başçısı və Türkiyənin Baş naziri abidənin üzərindən ağ örtüyü götürüblər. Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan abidənin önünə əklil qoyublar. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün abidəsi önündə xatirə şəkli çəkdiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar