SON XƏBƏRLƏR

Musəvinin baş mühafizəçisi tutuqlanıb

2021.10.20, 07:36
Musəvinin baş mühafizəçisi tutuqlanıb

Gunaz.tv

GünAzTv: İran müxalifətinin lideri Mirhüseyn Musəvinin mühafizə xidmətinin rəhbəri Əhməd Yəzdanfər tutulub.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, Kəşfiyyat İşləri üzrə Nazirliyin əməkdaşları mayın 17-si axşam saatlarında son yeddi ildə Musəvinin təhlükəsizliyini qoruyan mühafizəçilər qrupunun başçısını evində tutub bilinməz istiqamətə aparıblar.

 

İslahat tərəfdarı olan “yaşıl hərəkat” mənbələri Yəzdanfərin tutulmasını keçmiş baş nazir Musəvinin yaxın həftələrdə mümkün həbsinə şərait yaradılması ilə əlaqələndirir.

 

İran parlamentinin Əhmədinejad hökumətinin tərəfdarı olan 175 mühafizəkar deputatı mayın 15-də İran Məhkəmə Sisteminin rəisinə məktub yazaraq 2009-cu il iyunun 12-də keçirilmiş prezident seçkisinin ildönümündən əvvəl İrandakı “yaşıl hərəkat” rəhbərlərinin (Mirhüseyn Musəvi, Mehdi Kərrubi, Məhəmməd Xatəmi) tutulub mühakimə olunmasını tələb ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar