SON XƏBƏRLƏR

Türkiyə ilə Azərbaycan arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılacaq

2021.10.20, 07:36
Türkiyə ilə Azərbaycan arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılacaq

Gunaz.tv

GünAzTv: “Bu gün hörmətli prezidentlə görüşümüzdə ən önəmli addımlardan biri yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması ilə bağlı qəbul etdiyimiz qərardır.Bu qurum bütün sahələri əhatə edən və Türkiyə ilə Azərbaycanın gələcəyi baxımından ən vacib addım olacaq”. Bu sözləri Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, iki ölkə ekspertləri bu qurumun yaradılması üçün ciddi çalışmalara başlayacaq: “Ümid edirəm ki, hörmətli Əliyevin İstanbula səfəri zamanı bunun təməlini ata biləcəyik. Buna paralel olaraq xüsusən iqtisadi sahədə aramızdakı münasibətləri daha da inkişaf etdirməli və mövcud nöqtədən irəli getməliyik. Azərbaycan beynəlxalq maliyyə böhranından güclü çıxan, fürsətlərdən yaxşı istifadə edən ölkə oldu. Türkiyə də bu böhrandan ən az zərərlə çıxan ölkədir. Bu həmrəyliyimiz gələcəkdə bizi daha fərqli səviyyəyə daşıyacaq”. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar