SON XƏBƏRLƏR

Azərbaycanda HD standartında televiziya yayımına başlayıb

2021.10.20, 07:36
Azərbaycanda HD standartında televiziya yayımına başlayıb

Gunaz.tv

GünAzTv: Azərbaycanın ilk kabel televiziyası şirkəti olan “B&B TV Communication” ilk dəfə olaraq ölkədə HD TV standartında (High-Definition television - yüksək təsvir dəqiqlikli televiziya) televiziya yayımına başlayıb. Rabitə və İnformasiya Texnologiyalraı Nazirliyindən verilən məlumata görə, HD TV analoq və rəqəmsal televiziya standartları ilə müqayisədə daha dəqiq görüntü, dolğun rəng və həcmli səs təqdim edir.GünAzTv mətbuat mərkəzinin Ansspress-ə istinadən yaydığı məlumata görə, Yeni xidmətin tətbiqi Azərbaycan istifadəçilərinə ən son və müasir texnologiyaları təqdim etmək məqsədi daşıyır.Abonentlər yeni texnologiyaya qoşulmaq üçün HD-dekoder qurğusu əldə etməlidir.Şirkət HD TV xidmətinin satışını 6 kanaldan ibarət əlavə paket vasitəsilə həyata keçirməklə ilin sonunadək müştəri bazasını 10 faizədək artırmağı planlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar