SON XƏBƏRLƏR

İsrail İranın razılaşmasına şübhə ilə yanaşır

2021.10.20, 07:36
İsrail İranın razılaşmasına şübhə ilə yanaşır

Gunaz.tv

GünAzTv: İsrail Ankara ilə Tehran arasında 1 200 kiloqram azzənginləşdirilmiş uranın mübadiləsi üzrə sazişə şübhə ilə yanaşır. Bu barədə "Yediot Axronot" qəzetinin saytı məlumat verir.

Türkiyə, Braziliya və İran arasında İranın nüvə problemi ilə bağlı razılaşma dünən axşam əladə olunub. Braziliya və Türkiyənin təklifləri İranın uranın zənginləşdirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququnun tanınmasını ehtiva edir. Bu zaman beynəlxalq birlik İranın nüvə obyektlərində onların dinc xarakter daşıdığını təsdiqləmək məqsədilə təftiş həyata keçirə bilər. Bu barədə RİA-Novosti agentliyi Frans-Press agentliyinə istinadən məlumat yayıb.

İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəstin sözlərinə görə, 1 200 kiloqram azzənginləşdirilmiş uranın 120 kiloqramlıq uran yanacağı ilə mübadiləsi bir ay ərzində baş tutacaq.

Bununla yanaşı, İran Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) əldə olunmuş razılaşmanın detalları barədə məlumatlandıracaq.

Sövdələşmənin imzalanmasından bir neçə saat sonra İsrail hökumətinin rəsmi nümayəndələri bildiriblər ki, Türkiyə - İran sazişi "növbəti şoudur" və hər hansı dəyişikliklərə gətirib çıxarmayacaq.

Agentliyin verdiyi məlumata görə, Yerusəlimdəki məmurlar Braziliya və Türkiyənin İranın nüvə proqramına münasibətini nəzərə alaraq, bu sazişə şübhə ilə yanaşırlar. ABŞ və bir sıra Qərb ölkələri İranı dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda günahlandırırlar. Tehran bütün ittihamları rədd edir və onun nüvə proqramının ölkənin elektrik enerjisinə olan tələbatının sırf ödənilməsinə yönəldiyini bəyan edir.

2009-cu ilin oktyabrında Beynəlxalq Atom Enerjisi Agentliyi islam respublikasına Rusiyada zənginləşdirilən və sonradan Fransada nüvə yanacağının hazırlanacağı 1,2 tonadək 3,5 faizlik azzənginləşdirilmiş uran təklif edib. Lakin Tehran bəyan edib ki, yalnız İranın öz ərazisində olmaqla sinxron mübadiləyə razıdır. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar