SON XƏBƏRLƏR

Əhvazda silahlı qarşıdurma nəticəsində ölən və yaralananlar var

2021.10.20, 07:36
Əhvazda silahlı qarşıdurma nəticəsində ölən və yaralananlar var

Gunaz.tv

GünAzTv: Tehran rejiminin silahlı qüvvələrilə Xuzistan ərəbləri arasında baş verən silahlı qarşıdurmada 5 nəfər ölüb 22 nəfər isə yaralanıb.

 

İranın cənub qərb bölgəsində yerləşən Xuzistan əyalətinin mərkəzi şəhəri Əhvazdan “Ələrəbiyyə” xəbər agentliyinə verilən məlumatlara görə bu əyalətdə silahlı qarşıdurmalar baş verib.

 

Mənbənin Mayın 14-də verdiyi xəbərdə Əhvazın şəhərinin əhalisi bu bölgənin “Ələmur” tayfasının nümayəndəsi , milli fəal Əli Əmurinin hökumət məmurları tərəfindən öldürüldüyü bildirilir. Şəhər əhalisi milli fəallın dəfn mərasiminə topanmalarının qarşısın almağa çalışan rejim məmurları onlara atəş açıb.

 

Əhali arasında olan silahlı ərəblər rejim məmurlarına atəşlə qarşılıq veriblər. nəticədə hər iki tərəfdən 5 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

 

Hadisə şahidlərinin bildirdilərinə görə yüzlərlə ərəb tutulub, çox sayda silahlı qüvvə yardıma çağrılıb və şəhərdə fövqüladə vəziyyət hökm sürür.

 

Əhvaz Ərəb milli fəallarından olan Əli Əmuri həftənin əvvəllərində rejim məmurları tərəfində terror edilib. Onun haqqında həbs hokum çıxarılsada rejim onu həbs edə bilməmişdi.

 

İranın cənub qərb və İraqla sərhəddində yerləşən Xuzistan əyaləti ərəblərin ən sıx və çox yaşadığı bölgədir. Bu bölgənin siyasi-milli fəalları mərkəzi hökuməti ərəblərin milli-mədəni və insani hüquqların ayaqlamaqda və onlara qarşı ayrı-seçkilik siyasəti yürütməkdə ittiham edirlər. Bu bölgə ölkənin neft yataqlarılə zəngin olmasına baxmayaraq iqtisadi cəhətdən ən ağır durumda olan əyalətlərdən sayılır. "BüTöv Azərbaycan Birliyi" saytı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar