SON XƏBƏRLƏR

Türkiyə İranın tələbini rədd edərək “Sürəyyanın daşlanması” filmini ekranlara çıxarılacaq

2021.10.20, 07:36
Türkiyə İranın tələbini rədd edərək “Sürəyyanın daşlanması” filmini ekranlara çıxarılacaq

Gunaz.tv

GünAzTv: İran rəsmilərinin çoxsaylı müraciətlərinə baxmayaraq bu gün Türkiyə kino teatrlarında “Sürəyyanın daşlanması” filmi ekranlara çıxarılacaq. Filmdə “Sürəyya” adlı qadının nikahdan qıraq cinsi münasibət qurması səbəbilə İran məhkəməsi tərəfindən daşqalaq edilməsindən bəhs edirlir.

Tehran rəsmiləri adı çəkilən filmin Türkiyədə göstərilməməsi xahişi ilə Türkiyənin əlaqədar qurumlarına dəfələrlə müraciət etmişdirlər. Ancaq Türkiyə Cumhuriyyətinin Mədəniyyət və Turizm nazirliyi, Film Şurası kinonun seyr etdikdən sonra İran rəsmilərinin iddiaların əsassız sayıb və filmin nümayişinə icazə veriblər. Sadəcə filmdə narahat edici epizodların olmasına görə 18 yaşdan aşağı insanların ona baxmasın məsləhət bilinməyib.   

Filmin rejissoru Sirus Arastə, onu Fridun Sahibcamın eyni adlı romanı əsasında 2008-ci ildə Amerikada çəkib. Roman 1986-cı ildə İranda daşqalaq edilmiş qadının gerçək həyat hekayəsi əsasında yazılıb. Filmin çəkilişindən məqsəd İranda insan haqlarının kobud şəkildə pozulduğun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır. DAK

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar