SON XƏBƏRLƏR

Rəcəb Tayyib Ərdoğan Bakıda

2021.10.20, 07:36
Rəcəb Tayyib Ərdoğan Bakıda

Gunaz.tv

GünAzTv: Baş nazir Rəcəb Tayyib Ərdoğan İran səfərini başa vurduqdan sonra Azərbaycana keçib. Baş nazir ilk olaraq Prezident Administrasiyasında Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. İki liderin baş-başa görüşündən sonra daha öncədən razılaşdırılan qaz müqaviləsi imzalanacaq. Baş nazir Ərdoğanın Fəxri Xiyabanda keçmiş prezident Heydər Əliyevin məzarına əklil qoyması, daha sonra Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət etməsi gözlənilir. Səfər çərçivəsində enerji, Qarabağ problemi, Türkiyə-Ermənistan münasibətləri, viza rejiminin ləğvi və Qafqazda sabitlik məsələləri də müzakirə ediləcək. Ərdoğanın Əliyevlə birlikdə Türkiyənin Bakı səfirliyinin binası önündə qoyulan Atatürk abidəsinin açılılına qatılması da planlaşdırılır. Baş nazir axşam saatlarında da Gürcüstana gedəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar