Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv rəhbəri Əhməd bəy Obalı Bakıda bulunarkən Azərbaycan respublikasının bəzi qəzetlərinə o cümlədən “Azadlıq” qəzetinə müsahibə verib. Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq.
GünAz Tv-nin 5 yaşı tamam oldu...
Güneydə yaşayan azərbaycanlı- ların maariflənməsi missiyasını daşıyan bu televiziyanın rəhbəri Əhməd Obalı qonağımızdır. Əhməd bəyi, bütün Tv əməkdaşlarını öncə GünAz Tv-nin yaranmasının 5 yaşı münasibətilə təbrik edib müsahibəmizə başlayırıq...- Gəlin, sizi bir qədər yaxın keçmişə qaytaraq. 5 il öncəyə... Bu televiziya hansı ehtiyacdan yarandı?- Bu televiziyanı yaratmaqda məqsədimiz Güney Azərbaycanı maarifləndirmək idi. Biz istəyirdik ki, orda yaşayan millətimiz oyansın, insan haqqları ilə tanış olsunlar. Çünki 30 milyonluq bir xalq özü öz haqqlarını müdafiə etməli, öz hüqquqlarını tanımalı və qorumalıdı. Əks halda heç kəs onu nə tanıyacaq, nə də müdafiə edəcək. 5 il əvvəl hədəfimiz bu idi ki, Güneydə yaşayan soydaşlarımızın düşüncələrində olan mübarizə duyğularını oyada və bir də dünyanın bir çox siyasətçilərinin diqqətini bura cəlb edə bilək. Onu deyim ki, hədəflərimizin hamısına olmasa da, bir qisminə nail ola bilmişik.
- Televiziyanın adının məhz GünAz Tv olması da maraqlıdı... Niyə, Güney Azərbaycan Televiziyası?- Dediyim kimi ilk növbədə məqsədimiz Güney Azərbaycanın məsələsinə toxunmaq, ikinci isə siyasi termin kimi bu ada diqqətin cəlb olunması vacib bir məsələ idi... Yəni Güney Azərbaycan adı çəkiləndə hər kəs onun harda yerləşməsi ilə maraqlanacaqdı. Çünki biz Təbriz, Iran yox, məhz Güney Azərbaycan, yəni Azərbaycanımızın güneyi kəlməsini işlədirik... Üçüncü isə bu terminin orda yaşayan soydaşlarımızın da arasında təbliğ olunması idi ki, artıq buna da nail ola bilmişik. Indi hər kəs Güney Azərbaycan deyir. Mənə belə gəlir ki, Azərbaycan Respublikası müstəqilliyini qazananda ölkənin adı ya Quzey Azərbaycan, ya da Şimali Azərbaycan olsaydı, bu daha çox diqqət cəlb edərdi. Hamı Azərbaycanın o biri qisminin harda yerləşməsilə maraqlanardı... GünAz Tv-nin həm adı, həm də özü məhz bu ehtiyaclardan yarandı...
- Əhməd bəy, belə bir televiziyanın Amerikadan fəaliyyət göstərməsi diqqət çəkən bir məqamdır...- Deyirlər, istək varsa, insan arzusuna nail olur. Bildiyimiz kimi, Güney 90 ilə yaxındır ki, repressiyalara məruz qalıb. Iran hakimiyyəti bütün vasitələrdən, bütün siyasətlərdən, bütün taktikalardan istifadə edərək bizi özümüzdən, milli kimliyimizdən uzaqlaşdırmağa çalışır. Amma artıq 21-ci əsrdir. Yüzlərlə soydaşımız könüllü olaraq GünAz Tv-yə məlumat çatdırır. Misal üçün 2006-ci ilin 22 may qiyamını xatırlayaq. O zaman bizim televiziya yenicə yaranmışdı. Həmin hadisələrdə ünvanımıza gün ərzində yüzlərlə e-mail göndərilir, telefon zəngləri olurdu. Bu da çox təbii idi. Çünki qiyam baş vermişdi, xalq da öz dərdini söyləmək üçün tribuna axtarırdı.
- Televiziyanın auditoriyası da maraqlıdır. GünAz Tv-nin təqribən nə qədər tamaşaçısı var?- Dəqiq rəqəm demək təbii ki, çox çətindir. Amma məlumatlara görə Güneydə yaşayan Azərbaycanlıların 60%-nin çanaq antenası var. Bu rəsmi məlumatdır. Amma qeyri-rəsmi məlumata görə bu rəqəm daha böyükdür. Çünki həmvətənlərimizin çoxu çanaq antenası olduğunu gizlədir. Aldığımız məlumata görə Güneyli soydaşlarımızın 80%-i peyk vasitəsilə bizim televiziyanı izləyirlər. Demək olar ki, Güneydə GünAz Tv tanınmış və rəqibi olmayan bir televiziyadır. Bizim televiziyamızda gedən verilişlər və edilən söhbətlər dünyanın heç bir televiziyasında yoxdur. Mən buna sevinmirəm. Istərdim ki, bütün televiziyalarda Güneyin tarixi, mədəniyyəti, ədəbiyyatı, eləcə də yaşadığı hadisələr haqda məlumatlar verilsin.
- Bu televiziya Quzeydə internet vasitəsilə izlənilir. Ikiyə bölünmüş Azərbaycanın o tayının güzgüsü olan bir televiziyanın, bu tayda da populyarlaşması üçün daha rahat bir tezliyə və ya kabel televiziyasına keçmək olmazmı? - Əvvəlcə TÜRKSAT və HATBORT-dan yayınlananda biz daha çox izlənirdik. Indi isə TELESTAR12-də və bir çox tezliklərlə yayınlanırıq. Internet saytımız da var, amma istərdik ki, daha populyar peyklərlə yayınlanaq. Bu həm də tamaşaçı auditoriyasının artması deməkdir. Bu, sadəcə arzudur. Bu sahədə də müxtəlif planlarımız var.
- Gün ərzində 24 saat fasiləsiz yayınlanmaq böyük professionallıq tələb edir. Televiziyanızdan bir rəhbər kimi razısınızmı?- Qüsursuz heç nə yoxdur. Bizim televiziyamızın da kifayət qədər qüsurları var. Çünki KIV-in qanunu tərəfsiz olmaqdır. Biz isə tərəfsiz olmaq istəmirik. 30 milyona yaxın bir millətin tərəfini saxlamaq missiyası bizim televiziyamızın boynuna düşüb. Biz televiziyadan çox məktəb olmaq istəyirik. Arzumuz isə odur ki, GünAz Tv ziyalılarımızın millətimizə göstərdiyi bir yol, bir məktəb olsun. Azərbaycançılıq məktəbi. Biz də bu sahədə köməyimizi əsirgəməyəcəyik.
- O tayın ədəbiyyatı və incəsənətinin daha geniş təqdim olunması sahəsində hansı işləri görürsünüz?- Biz hər iki Azərbaycanımızın musiqisini, ədəbiyyatını, incəsənətini təbliğ edirik. Amma o tayla bağlı məlumatlara daha çox yer verməyə çalışırıq. Bacardıqca Güney sənətkarlarının yaratdıqları yaşarı, sənət incilərini Azərbaycanımıza tanıtmaq istəyirik. Bu sahədə çətinliklərimiz də az olmur. Güney ədəbiyyatı ilə bağlı yeni bir veriliş açmağı planlaşdırırıq. Bu verilişdə müasir Güney ədəbiyyatı oxuculara, tamaşaçılara təqdim olunacaq. Çox istərdim ki, bizim verilişlərimiz burda da yayınlansın və həqiqətən də o taylı-bu taylı Azərbaycanımız ayrı düşdüyü mədəniyyətindən tam məlumat ala bilsin.
- Azərbaycan diasporunun yaşı çox gəncdi. Gənc olsa belə diasporumuzdan hansı dəstək görürsünüz?- Diasporun dəstəyi olmasa GünAz Tv çoxdan bağlanardı. Bu televiziyanın bu günkü faliyyəti diasporumuzun xitmətləri sayəsindədir. Bir televiziyanın davamlı surətdə işləməsi maliyyəyə bağlıdır. Gün Az Tv-nin maliyyə problemini isə xaricdə yaşayan Azərbaycanlılar həll edir. Onun tezliyi, peyk vasitəsi ilə yayınlanması böyük məbləğdə pul tələb edir. Bunu diasporumuzun köməyi ilə ödəyirik. Xaricdə yaşayan azərbaycanlılar təkcə maddi baxımdan deyil, mənəvi baxımnan da GünAz Tv-yə təsdək olurlar. GünAz Tv-nin 5 illik fəaliyyətini diasporumuza borcluyuq...
- Gəlin, bir müqaiysə aparaq - 5 il öncəki və indiki Güney Azərbaycan... Bu məfkurələrdə hansı dəyişikliklər hiss olunur?- Bu 5 il ərzində məakurə baxımından Güney Azərbaycan alt-üst olacaq səviyyəyə gəlib çatıb. Bu gün orda çox güclü Milli hərakat gedir. Bu tarixdə ən böyük hadisələrdən biridir. Insan daim arzularla, istəklərlə yaşayır. Bəzən bu yönümdə ümidlər azalır. Bir də insanı həyata bağlayacaq inanc, inam var. Güney və Quzey Azərbaycan birləşəcək, bütöv olacaq. Bu arzudan, istəkdən çox inam və həqiqətdir. Çünki biz bir millətik. Buna nəinki, Iran, heç kəs manə ola bilməz. Sadəcə arzu edirik ki, bu tez olsun. O gün uzaqda deyil.
- Sonda bir daha sizi təbrik edir, televiziyanıza isə efir məkanından əskik olmasın deyirik...- Mən də “Azadlıq” qəzetinin bütün kollektivinə uğurlar arzulayıram. Və “Azadlıq”ın oxucuları Güney Azərbaycanın dərdlərinə Şimali Azərbaycanın dərdləri kimi baxsın. Gün olsun ki, Şimalın azadlığından Güneyə də pay düşsün...
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu