SON XƏBƏRLƏR

Sulduzda divarlar milli şüarlarla bəzənilib

2021.10.20, 07:36
Sulduzda divarlar milli şüarlarla bəzənilib

Gunaz.tv

GünAzTv: 22 may (1 xurdad) milli qiyamımızın il dönümünə yaxınlaşdıqca Güney Azərbaycan şəhərlərində gedən fealiyətlər də aktivlik müşahidə olunur.

 

GünAzTv mətbuat mərkəzinin GAİP saytına istinadən yaydığı məlumata görə, Sulduz şəhərinin milli fəallarının fəaliyyəti nəticəsində sulduz şəhərində bir çox divar üzərinə milli məzmunlu şüarlar yazılıb.

 

22 may (1 xurdad) milli qiyamımızın il dönümü ərəfəsində digər hazırlıqlarla birlikdə bu şüarların yazılması, İran rejimini də hərəkətə gətirib. Eləkə ETTELAAT (İranın Kəşfiyyat Nazirliyi) milli fəalların üzərindəki nəzarəti müxtəlif yollarla artırıb.

 

Qeyd edək ki, yazılan şüarlar dərhal dövlət məmurları tərəfindən rənglə qaralanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar