SON XƏBƏRLƏR

Daha iki milli-mədəni fəal həbs olunub

2021.10.20, 07:36
Daha iki milli-mədəni fəal həbs olunub

Gunaz.tv

GünAzTv: Öyrənci mədəni fəal, cənab Rza Əbdi, digər fəal soydaşımız Əlirza Hüseynzadə ilə birlikdə tutuqlanıb.

 

Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları, 2010-cu il may ayının 11-də (ordibeheştin 21-i) Rza Əbdinin kompüter mağazasına gedərək Əbdini, Əlirza Hüseynzadə ilə birlikdə yaxalayıblar. Bu barədə “Savalan Səsi” Əbdinin ailəsinə yaxın mənbələrə istinadən xəbər yayıb.

 

Həmçinin ETTELAAT əməkdaşları Əbdinin ata evinə müraciət edib, evdə axtarış aparıblar. Məmurlar Əbdiyə məxsus bir sıra şəxsi əşya və kitabları özləri ilə götürüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar