SON XƏBƏRLƏR

Ayət Mehrəlibəyli telefon vasitəsi ilə saxlanıldığı yeri bildirib

2021.10.20, 07:36
Ayət Mehrəlibəyli telefon vasitəsi ilə saxlanıldığı yeri bildirib

Gunaz.tv

GünAzTv: Milli-mədəni fəal Ayət Mehrəlibəyli telefon vasitəsi ilə Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsində saxlanıldığını bildirib. O 2010-cu il may ayının 10-da (ordibeheştin 20) Sofiyan şəhərindəki öz şəxsi mənzilində tutuqlanmışdı.

 

Mehrəlibəyli may ayının 12-də (ordibeheştin 22-i) həyat yoldaşı ilə bir neçə saniyəlik telefon əlaqəsi saxlayaraq, Təbriz ETTELAAT idarəsinin tək nəfərlik kamerasında (sellul) həbs olunduğunu bildirib.

 

Adını çəkdiyimiz milli-mədəni fəal Prof. Doktor Zehtabının ağırlama mərasimində (2002-ci il dekabr ayının 12-i --- 1381-ci il azər ayının 21-i) və Babək qalası mərasimində (2004-cu ilin iyul ayı – 1383-cu ilin tir ayı) yaxalanıb və həbs cəzasına məhkum edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar