SON XƏBƏRLƏR

Güney Azərbaycanlı bəhailər həbs olunub

2021.10.20, 07:36
Güney Azərbaycanlı bəhailər həbs olunub

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Parsabad şəhərində Ramin İdəlxani “ETTELAAT” əməkdaşları tərəfindən həbs edilib. Bu barədə “Bütöv Azərbaycan Birliyi” saytı “Bəhai İcması”nın xəbər agentliyinə istinadən xəbər yayıb.

 

Təhlükəsizlik xidmətinin əməkdaşları Ramini “ETTELAAT”ın Parsabad bölməsinə çağırıblar. Bölməyə gedən Ramin İdəlxanının təhlükəsizlik xidməti əməkdaşları tərəfindən tutuqlandığı bildirilir.

 

“Bəhai İcması”nın xəbər agentliyinin verdiyi məlumata görə, Raminin həyat yoldaşı Əhdiyə Raşidirad yoldaşının durumundan və nə səbəbə görə həbs olunmasından xəbər tutmaq üçün təhlükəsizlik xidmətinin Parsabad bölməsinə müraciət edib.

 Xəbərdə bildirildiyinə görə “ETTELAAT” əməkdaşları xanım Əhdiyənidə həbs ediblər.

Onların iki az yaşlı uşaqlarının olduğu bildirilir.

 “Bəhai İcması” bu ailənin sırf dini inanclarına görə həbs edildiyini deyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar