Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
GünAzTv: Düşmən Sərsəng su anbarından böyük həcmdə su buraxmaqla sel fəlakətini gücləndirir.
Azərbaycanı bürüyüən sel fəlakətini doğuran səbəblərdən daha biri məlum olub. Demə, daşqının əhatə dairəsinin genişlənməsinə ermənilərin də "xüsusi xidmətləri" varmış. Azərbaycanda yaranmış böhranlı vəziyyətdən istifadə edən düşmən işğal altında saxladığı Sərsəng su anbarından böyük həcmdə suyu buraxmağa başlayıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə Kür və Araz çaylarında yüksək sululuğunun davam edəcəyi gözlənilir. Bunun səbəblərindən biri Tərtərçayda yüksək sululuğun müşahidə olunmasıdır. Ermənilər tərəfindən böyük həcmdə buraxılan suyun miqdari 76 kubmetr/saniyə təşkil edir. Bu da çayın aşağı axınında böhran vəziyyəti yaradır. U.Tağıyevanın sözlərinə görə, mayın 15-dən 16-dək, əsasən gecə və axşam saatlarında ölkənin bəzi rayonlarında, eyni zamanda Gürcüstan ərazisində gözlənilən leysan xarakterli yağışlarla əlaqəli çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Mayın 16-sı gündüzdən havanın nisbətən sabitləşməsi, mayın 17-də də, əsasən yağmursuz keçməsinə baxmayaraq, yüksək dağlıq ərazilərdə qar örtüyünün əriməsi hesabına çaylarda yüksək sululuq davam edəcək, lakin ötən günlərlə müqayisədə sululuğun nisbətən azalması, tədricən ongünlük normasına yaxınlaşması gözlənilir. Saatlı xilas oldu?! Mayın 12-də Saatlı rayonu ərazisindəki Sarısu gölü daşıb və su axını Mil-Muğan kollektoruna yönəlib. Beləliklə, rayonun Nərimankənd kəndi, Nərimankənd əarzisində yeni salınmış məcburi köçkünlərin qəsəbəsi, Hacı Qasımlı, Məzrəli və Kamallı kəndləri təhlükə altında qalıb. Məcburi köçkünlərin qəsəbəsi, Nərimankənd kəndinin sakinləri köçürülüb, digər kəndlərin sakinlərinin isə bir çoxu evlərini tərk edib. Saatlı rayon sakini Şamil Hacıyev "Turan"a bildirib ki, Fövqəladə Hallar Nazirliyinin, Daxili Qoşunların əsgərlərinin, yerli əhalinin fədakarlığı nəticəsində gölün daşmasının qarşısı alınıb və su məcrasına yönəldilib. Rayonun Novruzlu kəndi istiqamətində təhlükəli vəziyyət var. "Əgər kəndin ətrafındakı bənd yarılsa, kənd suyun altında qala bilər. Uşaqlar, qadınlar və qocalar kənddən çıxarılıb. Kənddə əsasən kişilər qalıb". Saatlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İlham Quliyev isə APA-ya bildirib ki, Saatlıda bəndin dağılması və kəndləri subasması ilə bağlı yayılan xəbərlər əsassızdır: "Əksinə, suyun səviyyəsi bir qədər də aşağı düşüb". "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin prezidenti Əhməd Əhmədzadə isə jurnalistlərə Saatlıdakı Sarısu gölündə suyun səviyyəsinin qalxması ilə bağlı ciddi təhlükə olmadığını deyib. Onun sözlərinə görə, hazırda göldən axan su kollektor vasitəsi ilə yönləndirilir. Gölün ətrafına əlavə texnika və canlı qüvvə cəlb olunub. Ə.Əhmədzadə onu da deyib ki, Şirvan şəhərinin Bayramlı qəsəbəsi və Sabirabad rayonunun Mürsəlli kəndində bənd bərkitmə işləri intensiv şəkildə davam etdirilir. Mingəçevir anbarında suyun səviyyəsi qalxır Son bir sutka ərzində Mingəçevir su anbarında suyun səviyyəsi 5 sm qalxaraq 82,42 m təşkil edib. Anbarda maksimal səviyyə 83 m olduğundan bu həddə çatmağa 58 sm qalıb. Bunu isə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanov bildirib. Onun sözlərinə görə, Mingəçevir su anbarından 745 kubmetr/saniyə su axıdılır. Kürün səviyyəsinin qalxması ilə bağlı yaranan daşqınlar nəticəsində su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 37 nəfər isə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Bu barədə FHN-nin internet saytında bildirilib. Gəmiricilər və ilanlar sahibsiz evlərə dolur Kür və Araz çaylarının daşdığı ərazilərdə su altında qalan evlərdə çoxsaylı gəmiricilər, sürünənlər, o cümlədən ilanlar özlərinə sığınacaq tapıb. Yerli sakinlərin dediyinə görə, hətta gəmiricilərin və ilanların üzərək, evlərin su altında qalmayan hündürlüklərinə sığındıqlarını hər an müşahidə etmək mümkündür. Eyni zamanda, qrunt sularının toplandığı həyətlər və çökəkliklərdə ağcaqanad dumanlıqları da açıq seyr edilir. Bu isə müxtəlif xəstəliklərin yaranmasına yol açır. Bununla yanaşı, insanlar sel suları çəkildikdən sonra evlərinə qayıdarkən zəhərli ilanlarla rastlaşmalı olacaqlar. Səhiyyə Nazirliyi sel sularının yaratdığı səhiyyə problemlərinin aradan qaldırılması üçün təxirəsalınmaz Tədbirlər Planı hazırlayıb. Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət bölməsinin müdiri Viktor Qasımovun sözlərinə görə, sel suları çəkilən kimi ərazidə dezinfeksiya işləri başlanacaq: "Dezinfeksiyaedici dərman ehtiyatı yaradılıb, dezinfeksiya maşınları və tibbi heyətlər Kür və Araz çayı boyunca yerləşən rayonlara ezam edilib". Kənd Təsəsrrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti də tədbirlər planı hazırlayıb. Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli "Turan"a deyib ki, sel suları çəkilən kimi ərazidə ölmüş heyvanların cəsədlərinin zərərsizləşdirilməsi işləri başlanacaq. "Dövlət Baytarlıq Xidməti Kür və Araz boyu ərazilər üzrə tədbirlər planı hazırlayıb. Dezinfeksiyaedici dərman ehtiyatı var və dezinfeksiyaedici maşınlar hazır vəziyyətdədir", - deyə o qeyd edib. Yollar bərpa edilir Nəqliyyat Nazirliyinin müvafiq qurumları isə sel sularının yaratdığı fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş, üçnövbəli iş rejimində işləyir. Şirvan, İmişli, Sabirabad rayonları ərazisində həm yaxın ərazilərin Yol-İstismar İdarələri, həm də Bakıdan göndərilmiş texnika və işçi qüvvəsinin köməkliyi ilə su altında qalmış, sıradan çıxmış avtomobil yolları təmir edilir, alternativ yollar salınır. Bu barədə Nəqliyyat Nazirliyinin məlumatında bildirilir. Nazirlik bildirir ki, Padar istiqamətində yeni salınmış 19 km-lik yolda avtomobillərin hərəkətinin bərpa edilməsi üçün işlər davam etdirilir. Digər istiqamətlərdə də intensiv surətdə işlər aparılır. Belə ki, Sabirabad rayonu ərazisində 12 km-lik Həşimxanlı-Qaratəpə yolunun gediş-gəliş üçün normal vəziyyətə gətirilməsi gözlənilir və işlərin sürətləndirilməsi məqsədilə əlavə olaraq Bakıdan hər gün təxminən 15-20 maşın yük aparılır. Məlumatda deyilir ki, Saatlı rayonu ərazisində 16 km-lik Musalı-Məzrəli avtomobil yolunun 6 km-i artıq bərpa edilib. Eyni zamanda, Hacıqabul-Bəhramtəpə yolunun 68-ci km-də yerləşən körpü, avtomobillərin və insanların intensiv hərəkətini nəzərə alaraq, həmçinin yüklərin daşınmasını təmin etmək məqsədilə müvəqqəti olaraq açılıb. Express. A.Camal
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İran və ABŞ arasında görüş ləğv edilib
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İranda təkdırnaqlıların ətinin satışı artıb
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
İran NPT-dən çıxmağa hazırlaşır
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu